Bu şirkət şəriət qaydaları ilə işləyəcək
İnvestisiya şirkətində bir neçə layihənin müzakirəsi aparılır. Şirkətin icraçı direktoru Anar Axundov ANS TV-yə bildirib ki, ən əsas layihələrdən biri İslam İnkişaf Bankı ilə birgə yeni investisiya şirkətinin yaradılmasıdır. Yaradılacaq yeni şirkət şəriət qaydaları ilə işləyəcək. Anar Axundovun sözlərinə görə, şirkətin yaradılmasında məqsəd müsəlman ölkələrinin əsasən varlı ərəb iş adamlarını Azərbaycana cəlb etməkdir.
Ancaq şəriət qaydaları ilə fəaliyyət göstərəcək investisiya şirkəti müəyyən sahələrə pul ayırmayacaq. Şəriətə uyğun olmayan istehsal sahələri bu şirkətin maliyyə vəsaitindən yararlana bilməyəcək. Hələlik İslam İnkişaf Bankının mütəxəssisləri Azərbaycanda yeni investisiya şirkətinin yaradılması üçün araşdırmalar apırırlar.