Yeni istehsal edilən kuklıalar surələr, dualar və ilahilər oxuyur
Mərkəzi İstanbulda olan bir otuncaq firması Çində sifarişlə istehsal etdirdiyi yeni Elif və Hilal adlı kuklaları satışa çıxarıb. Təxminən 20 YTL (14 AZN) qiymətlə satılan oyuncaq batareya ilə işləyir və müxtəlif yerlərinə toxunulduğu vaxt Qurandan surələr, ilahilər və türkcə dualar oxuyur. Satıcı firma bildirir ki, xüsusilə Ramazan ayında satışlarda çoxalma olub.
Satıcı firmadan verilən məlumata görə, kuklanın sağ əlini sıxanda "İxlas" surəsini, sol əlini sıxanda "Sübhanəkə" duasını, sinəsinə basanda "Fatiha" surəsini, sağ ayağına toxunanda türkcə dua, sol ayağına toxuxnanda ilahi oxuyur. Şirkət rəsmiləri həmçinin bildiriblər ki, belə oyuncaqlar üçün hətta Almaniyadan da sifarişlər gəlir.