2 nəfər ölüb, 20-dən çox fələstinli qətlə yetirilib
Qəzza sektorunda rəqib hərəkatlar arasında qarşıdurma baş verib. İlkin məlumata görə, 2 nəfər ölüb, 20-dən çox fələstinli yaralanıb. Ölənlər arasında 13 yaşlı gənc də olub. Son 3 gündə atışmalarda 6 nəfər həyatını itirib. Qarşıdurma "Həmas" təşkilatı üzvlərinin Helles tayfası üzvünün avtomobilini müsadirə etmək cəhdindən sonra başlanıb. Bölgədə polis funksiyasının yerinə yetirən "Həmas" təşkilatı üzvləri avtomobilin dövlət əmlakı olduğunu iddia ediblər.
Xatırladaq ki, "Həmas" təşkilatı iyun ayında hərbi çevriliş edərək Qəzza sektorunun idarəsini ələ keçirmiş, Fəth hərəkatına və Fələstinin milli administrasiyasının rəhbəri Mahmud Abbasa sadiq olan güc strukturlarını özlərinə tabe etmişdilər. İordan çayının qərb sahili isə Mahmud Abbas və hökumət başçısı Salam Fəyyadın rəhbərlik etdiyi yeni hökumətin nəzarətində qalıb.