 | POPULYARXƏBƏRLƏR |




|
Nyu-York şəhərindəki yüksək göydələn yaşıl rəngdə işıqlandırılacaq
Nyu-York şəhərindəki ''Empire State Building'' göydələni ilk dəfə Ramazan bayramı münasibəti ilə yaşıl işıqlarla işıqlandırılacaq. Bundan əvvəl göydələnin rəhbəliyi xristianların Yeni il və yəhudilərin Hanuka bayramında işıqlandırılırdı. 443 metr hündürlükdə olan bina ilk dəfə Ramazan münasibəti ilə işıqlandırılacaq.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Rahiblərin təzyiqlərdən bezərək qaçdığı ya da qətlə yetirildiyi güman edilir
Myanmadakı monastırlarda yaşayan rahiblər müəmmalı şəkildə itkin düşməyə başlayıblar. Rahiblərin təzyiqlərdən bezərək qaçdığı ya da qətlə yetirildiyi güman edilir. Meksikalı jurnalist Bernardo Denizin sözlərinə görə, Myanmanın ikinci böyük monastrında əvvəllər 1500-dən çox rahib olduğu halda indi cəmi 100 rahib qalıb. Taylanddakı siyasi məhkumlara yardım təşkilatının məlumatına görə, müxalifət liderləri polis bölmələrində zorakılığa məruz qalıb və hətta qətlə yetiriliblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı öz müraciətində həmvətənlərimizə ən xoş arzularını çatdırıb:
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu Ramazan bayramı münasibətilə Azərbaycan müsəlmanlarını təbrik edib. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, təbrik mesajında bildirilir ki, bu müqəddəs ayda insanların maddi və mənəvi cəhətdən bir-birinə yaxınlaşması, sosial həmrəylik və birliyin yaranması ilə bağlı ən gözəl örnəklər yaşanır:
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Şeyx Azərbaycan xalqına Şuşada və işğal altında olan torpaqlarımızda namaz qılmağı, ibadət etməyi arzulayıb
Müsəlmanların müqəddəs Ramazan ayı başa çatır. Bu gün Ramazanın sonuncu günüdür. Bayram Azərbaycanda 2 gün - oktyabrın 12 və 13-də qeyd ediləcək. Oktyabrın 13-ü şənbəyə düşdüyündən oktyabrın 15-i də iş günü olmayacaq. Ümumilikdə oktyabrın 12-si, 13-ü, 14-ü və 15-i ölkədə iş günü sayılmayacaq.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Milli Təhlükəsizlik Nazirliyi Sumqayıt şəhərində əməliyyat keçirib. APA-nın hazırda Sumqayıtda olan əməkdaşının verdiyi məlumata görə, ötən gecədən etibarən Sumqayıt şəhərinin girişində postlar qurulub və şəhərə daxil olan, həmçinin ərazini tərk edən avtomobillər yoxlanılır.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Azərbaycan Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin Sumqayıtda keçirdikləri birgə əməliyyatın təfərrüatlarını öyrənmək mümkün olub. APA-nın hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumata görə, MTN-nin və Sumqayıt Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatları Azərbaycanda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb əsilli bir nəfərin axtarışı ilə bağlıdır. Axtarış əsasən əhalinin sıx olduğu yerlərdə - avtovağzal, dayanacaqlar, bazarlarda aparılır. Artıq ərəb əsilli vətəndaşın şəkli əməliyyatçılara paylanıb. Onun tək olduğu ehtimal edilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
Əziz müsəlmanlar! Bildiyiniz günü bu gün müqəddəs bir gün, Ramazan bayramının birinci günüdür. Allah bayramınızı mübarək, tutduğunuz oruc və etdiyiniz ibadətləri qəbul etsin! Bildiyimiz kimi, İslamda iki böyük bayram var: Üç gün davam edən Fitir, yəni Ramazan bayramı və dörd gün sürən Qurban bayramı. Üç gün müddəti olan Ramazan bayramı hicri-qəməri təqvimlə Şəvval ayının 1-dən 3-ə kimi davam edir.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
ABŞ prezidenti Corc Buş Orucluq bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müqəddəs Ramazan ayının başa çatması ilə əlaqədar Orucluq bayramı münasibətilə Azərbaycan prezidentinə ən xoş arzularını çatdırıb: "Ümid edirəm ki, Ramazan ayı zamanı müsəlmanların bütün dünyada bayram etdiyi dəyərlər – xeyriyyəçilik, qurbankəsmə və mərhəmətlik – azadlıq, dözümlülük və bütün xalqlar arasında sülhə nail olmaq məqsədilə yeni səylərə yol göstərəcək. Qoy gələn il Sizin üçün və Azərbaycan xalqı üçün çiçəklənmə və cansağlığı ili olsun".
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
İqdır sakinlərinə türk dilində nəşr olunmuş "İncil" və "İsa Məsih yolunda" CD diski paylayan 3 amerikalı turist polis tərəfindən saxlanıb. APA-nın məlumatına görə, araşdırma zamanı amerikalı turistlərin bundan əvvəl Van və Doğubəyazitdə də əhaliyə pulsuz "İncil" və CD-disk payladığı üzə çıxıb. İzahat alınandan sonra azadlığa buraxılan amerikalı turistlər ölkənin şərqində tarixi yerləri gəzmək niyyətində olduqlarını bildiriblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Oktyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|