Gürcüstan Patriarxiyası ümid edir ki, Qax rayonundabağlanmış gürcü kilsəsi işini bərpa edəcək
Gürcüstan Patriarxiyası Azərbaycanın Qax rayonunda yerləşən Müqəddəs Georginin adını daşıyan Kurmux kilsəsinin bağlanmasından, həmçinin pravoslav ibadətlərinin keçirilməsinə qoyulan qadağadan təəssüflənir. Bu barədə Gürcüstan Patriarxiyasının oktyabrın 20-də yaydığı bəyanatında deyilir.
Bununla yanaşı, bəyanatda ümid edilir ki, problem həll ediləcək və kilsə öz fəaliyyətin bərpa edəcək. "Gürcüstan Patriarxiyası Müqəddəs Georgi adını daşıyan Kurmux kilsəsilə bağlı kədərli faktla əlaqədar ürək ağrısı keçirir və problemin tezliklə nizamlanacağını gözləyir", - deyə bəyanatda bildirilir. "Eyni zamanda, qeyd edirik ki, Gürcüstan Patriarxiyası üçün bizim dövlətlər arasında artıq uzun müddətdir formalaşan və bu gündə uğurla inkişaf edən münasibətlər dəyərlidir", - deyə Patriarxiya vurğulayır. "Bizə yerli sakinlər müraciət edərək bildiriblər ki, naməlum şəxslər kilsəyə soxulub, baş keşişi qovub və kilsənin açarlarını ondan alıblar", - deyə Gürcüstan QHT-lərindən birinin nümayəndəsi Uça Ninuaşvili bildirib.
Onun sözlərinə görə, yerli sakinlər qorxub və buna görə məlumatı gürcü tərəfinə ötürənlərin adlarının açıqlanmasını istəmirlər.