İranın cənubundakı Şiraz şəhərinin məscidlərindən birində baş vermiş partlayış terror aktı deyil. Bunu İranın Press TV peyk televiziyası Fars əyalətinin qubernatoruna istinadən xəbər verib.
İran məmuru bildirib ki, ilkin məlumatlara görə, partlayış məscidin dini mədəniyyət mərkəzində İran-İraq müharibəsinə (1980-1988-ci illər) həsr olunmuş sərgidən qalan sursatların partlaması nəticəsində baş verib. Lakin qubernator sərgidən sonra sursatların niyə mərkəzdə qaldığını açıqlamayıb.
Ən son məlumatlara görə, Şirazda baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olub, 202 nəfər yaralanıb.