Roma Papası 16-cı Benediktin bu gün Ağ Evdə qarşılanma mərasimində təntənəli şəkildə 21 topdan yaylım atəşi açılıb. Bundan başqa, dəniz piyadaları orkestri Papa üçün "Müqəddəs taxt" himnini oxuyub. Tanınmış opera müğənnisi Ketlin Batll isə "Atamız" duasını oxuyub.
16-cı Benediktin ABŞ-a altı günlük səfəri onun 81 yaş günü ilə üst-üstə üşüb. Ona görə də Ağ Evin ətrafında yığılmış 9 min adamdan ibarət xor bir səslə Papa üçün "Ad günün mübarək" mahnısını oxuyub. Dörd oğlan uşağı isə Papaya üzərində 81 rəqəmi yazılmış hədiyyə tortu bağışlayıb.