Roma Papası 16-cı Benedikt ilk dəfə olaraq ABŞ-a rəsmi səfər edib. Onu hava limanında prezident Corc Buş qarşılayıb. Səfər başlamazdan əvvəl Vatikan rəhbəri uşaqbaz din xadimlərinə görə xəcalət çəkdiyini bildirib və onları kilsədən qovacağına söz verib.
"Yaxşı keşişlərə malik olmaq çoxlu keşişə malik olmaqdan daha əhəmiyyətlidir",- təyyarədə jurnalistlərin suallarına cavab olaraq Roma Papası belə deyib.
Qeyd edək ki, Roma Papasının belə çıxış etməsinə səbəb son vaxtlar ABŞ-da bəzi keşişlərin uşaqbazlıqla məşğul olmasının üzə çıxması və bunun böyük qalmaqal yaratmasıdır.