Nijeqorod müsəlmanları şəhərdə knyaz Georgi Vsevolodoviç və onun keşişinə qoyulmuş abidəni qeyri-pravoslav dini konfessiyaların nümayəndələrinin hüquqlarının pozulması kimi qiymətləndiriblər.
Nijeqorod vilayətinin müsəlmanlarının dini idarəsinin nümayəndələri bildiriblər ki, şəhərin banisinin şəxsiyyəti barədə mütəxəssislər müxtəlif cavablar verdiyinə görə, şəhərin tarixinə aydınlıq gətirmək üçün abidə qoyulması üçün digər tarixi şəxsiyyətlərə də abidə qoymaq olar. Müsəlmanlar əsasən hesab edirlər ki, şəhərdə Qızı Orda xanı Uluq-Məhəmməd, bulqar əmiri İbrahimə və Xəzər canişini Abrama da abidə qoyulmalıdır. Qurum üzvləri hələlik rəsmi müraciət etməslər də, hakimiyyətin dəstəyinə arxalanırlar.