İranın Şiraz şəhərindəki Şəhidlər Məscidinə yerləşdirilən bombanın partlaması nəticəsində 10 nəfər ölüb, 160-dan çox insan yaralanıb.
Hadisə dünən axşam yerli vaxtla 20.30 radələrində şəhərdəki məscidlərdən birində olub. Partlayışın təsiri hadisə yerindən 1 km aralıda yerləşən evlərdə də hiss olunub. Hadisənin terror aktı olduğu ehtimal edilsə də, indiyədək heç bir qrup üzərinə götürməyib. Ölü və yaralı sayının artacağı ehtimal edilir.
İranın dövlət televiziyasının ölkə polisinə istinadən yaydığı məlumata görə isə hadisə terror aktı deyil. Məlumatda bildirilib ki, partlayış ehtiyatsızlıq ucbatından baş verib. Belə ki, hadisəyə səbəb 1980-1988-ci il İran-İraq müharibəsi ilə bağlı keçirilən anım mərasimi zamanı məsciddəki sursatın partlaması olub.