Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin 120.2.3, 120.2., 279.1, 228.3, 315.1 və digər maddələri ilə təqsirləndirilən 16 nəfərlik dəstənin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər və təqsirləndirilən şəxslər son söz deyiblər. Bu barədə APA-ya təqsirləndirilən şəxslərdən Qadji Çankayevin vəkili Elman Osmanov məlumat verib. Müdafiə tərəfi dövlət ittihamçısının ağır cəza tələb etdiyini bildirib. Təqsirləndirilən şəxslərdən bəziləri iş üzrə günahsız olduqlarını əsas gətirərək, bəraət istəyiblər.
Proses bu gün başa çatacaq, hakim hökmü elan edəcək.