POPULYARXƏBƏRLƏR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində illik hesabat iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində illik hesabatla bağlı iclas keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Komitənin sədri Rafiq Əliyev Azərbaycan hökumətinin Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırması ilə əlaqədar qısa məlumat verib. R.Əliyev bu yaxınlarda Avropa Parlamentinin Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində erməni qəbiristanlığının "dağıdılması" ilə bağlı Qətnaməsinin əsassız olduğunu söyləyib.Komitə sədri 2005-ci ildə görülən işlər barəsində məlumat verib. Qeyd olunub ki, son illərdə islam və qeyri-islam təmayüllü dini icmaların Dövlət Komitəsinə, bütövlükdə hökumətə olan etimadı və inamı daha da artıb.
Ötən il ərzində 25 dini icmanın qeydiyyatdan keçdiyini bildirən Komitə sədri müxtəlif dini cərəyanların təbliğat üsulları haqqında da məlumat verib. R.Əliyev dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, cəmiyyətdə dini dözümlülüyü, tolerantlığı bərqərar etmək məqsədilə Dövlət Komitəsi tərəfindən 2005-ci ildə Respublikanın müxtəlif bölgələrində "Dövlət-din münasibətlərinin tənzimlənməsi", "Dövlət və din", "Dinin cəmiyyətdə rolu" mövzularında 14 seminar-müşavirənin keçirildiyini qeyd edib.

R.Əliyevin sözlərinə görə, Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı ilə birgə hazırladığı "Azərbaycanda AİDS-ə qarşı mübarizədə dini icmaların rolu" layihəsi 2005-ci ildə də davam etdirilib və Bakıda, Bakıətrafı kəndlərdə, eləcə də Azərbaycanın bir sıra rayonlarını əhatə edən Quba, İsmayıllı və Gəncə kimi çoxsaylı əhaliyə malik məntəqələrdə dini icmaların rəhbərləri və üzvlərinin iştirakı ilə seminarlar təşkil olunub, təlimatlar və broşürlərin hazırlanmasında birbaşa iştirak edilib. Layihədə nəzərdə tutulmuş çoxsaylı bukletlər Azərbaycan və rus dillərində nəşr olunaraq yayılıb. Hazırda isə qısametrajlı telefilm hazırlanır.
"Ötən ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları müxtəlif televiziya proqramlarında və qəzet səhifələrində mütəmadi olaraq çıxışlar edib, müsahibələr verib, dini durum, dini təhsil və dinlə bağlı məsələlər, din sahəsində dövlət siyasətinin əsas istiqamətlərini şərh ediblər", - deyən R.Əliyev müsahibə və məqalələrin sayının 200-dən çox olduğunu vurğulayıb.
İl ərzində hər biri 1000 nüsxədən ibarət, Dövlət Komitəsinin fəaliyyətini əks etdirən bülletenin nəşr edilib müvafiq dövlət qurumlarına, beynəlxalq təşkilatlara və dini icmalara paylandığını qeyd edən Komitə sədri 2005-ci ildə Azərbaycan, rus və ingilis dillərində yeniləşmiş "Dövlət və din", Azərbaycan və rus dillərində isə "Dinin əsasları" kitablarının çap edilib yayıldığını söyləyib.
R.Əliyev həmçinin rəhbərlik etdiyi Dövlət Komitəsinin əsas iş istiqamətlərini də qeyd edib. Onun sözlərinə görə, cari ildə din sahəsində maariflənmə işlərinin genişlənməsi və KİV-də təbliğat xarakterli məqalələrin monitorinqinin gücləndirilməsi gözlənilir. Dövlətin dini sahədə apardığı siyasətə regionların cəlb edilməsi, yerli dini qurumlarla əlaqələrin genişləndirilməsi, qonşu ölkələrlə beynəlxalq əlaqələrin möhkəmlənməsi, həmçinin elektron hökumətin yaradılması proqramı çərçivəsində müəyyən tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
İclasın sonunda bir sıra cari məsələlər müzakirə edilib və Komitənin 2005-ci ildə gördüyü işlər qənaətbəxş hesab olunub.



Yerləşdirilib:1 Mart, 2006  00:56, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com