POPULYARXƏBƏRLƏR

Papa çaşıb

XVI BENEDİKTİN İSLAMIN ZOR VƏ ŞİDDƏT DİNİ OLMASI BARƏDƏ SÖZLƏRİ MÜSƏLMAN DÜNYASINDA ETİRAZ DOĞURUB

Dünya katoliklərinin lideri, Roma Papası XVI Benediktin doğma vətəni olan Almaniyaya rəsmi səfəri zamanı söylədiyi fikirlər onsuz da böhranlı olan İslam-xristianlıq münasibətlərini daha da gərginləşdirib. Vatikanın başçısı srağagün Bavariyanın Regensburq Universitetində oxuduğu ilahiyyət mühazirəsində İslam dininin tarixi və mahiyyətindən danışarkən bu dinin zor, şiddət və gücə meyl göstərdiyini iddia edib. Papa bildirib ki, "Qurani-Kərim"də "Din məsələsində məcburiyyət ola bilməz" tezisi əks olunsa da, islamiyyətin tarixində bunun əksinə dair çoxlu hərəkətlər olub. Onun sözlərinə görə, hələ Həzrəti Məhəmmədin dövründən başlayaraq müsəlmanlar İslam dinini yaymaq üçün gücdən istifadə ediblər. Katolik kilsəsinin başçısı bu fikrinə əsas kimi 14-cü əsrdə Bizans imperatoru olmuş II Mixail Paleoloqosun, daha doğrusu, onun həmin dövrdə qələmə alınmış bir əsərdə yer alan sözlərini sitat gətirib: "Məhəmmədin nə kimi yenilik gətirdiyini nəzərdən keçirsək, biz ancaq zalımlıq və rəhmsizlik görərik. Onun dini qılınc gücünə yaymaq çağırışı bundan ibarətdir".

Papa Bizans imperatorunun fikrinin bir qədər qaba olduğunu etiraf etsə də, eyni zamanda, onun müsəlmanlığın və İslam dininin güc yolu ilə yayılmasına dair mahiyyətini əks etdirdiyini deyib. Onun sözlərinə görə, İslam dünyasında şiddət olaylarının bu qədər geniş yayılması da bununla bağlıdır. "İnsanları imana gətirmək istəyən kəs bunu zorla, şiddət və güclə etməməlidir", - deyə o əlavə edib. Gözlənildiyi kimi, Roma Papasının bu sözləri beynəlxalq miqyasda böyük rezonans doğurub. Müxtəlif ölkələrin müsəlman təşkilatlarının nümayəndələri XVI Benedikti tənqid edən bəyanatlarla çıxış ediblər. Türkiyə Diyanət İşləri Vəqfinin başçısı Əli Bardaqloğu Papanın hərəkətini "kobudluq və nadanlıq" adlandırıb və dinlərarası ədavətə xidmət etdiyini bildirib. O, Roma Papasının müsəlmanlardan üzr istəməsi gərəkdiyini bildirib. Almaniya Müsəlman Şurasının sədri Aiman Mayzek isə Vatikan başçısının sözlərinə "Kilsənin öz tarixi səlib (xaç) yürüşləri və qanla doludur" bəyanatı ilə sərt cavab verib. Fransa Müsəlman Dini Şurasının başçısı Dalil Bubaker isə "Ümidvarıq ki, katolik kilsəsi öz mövqeyinə dərhal aydınlıq gətirərək etiraf edəcək ki, o, İslamı din deyil, siyasi ideologiya olan islamizmlə qarışdırmır", - deyə bildirib. Küveyt, Misir, Əlcəzair, Mərakeş və digər müsəlman ölkələrinin dini təşkilatlarının, hökumət və ictimai qurumlarının nümayəndələri katolik kilsəsinin rəhbərliyindən üzrxahlıq və izahat tələb ediblər. İslam Konfransı Təşkilatının rəsmiləri də Vatikanı bu bəyanata aydınlıq gətirməyə çağırıblar. Öz növbəsində Vatikanın mətbuat xidmətinin rəhbəri Frederiko Lombardi bu tənqid və çağırışlara cavab verərək bildirib ki, Papa XVI Benedikt İslam dininə hörmət edir, lakin dinlə əsaslandırılan zorakılığın əleyhinədir. Onun sözlərinə görə, Papa ifadəsində İslamı hədəf almayıb. Lakin Vatikanın rəsmi izahatı səslənən etirazları azaltmayıb. Əksinə, Papanın bu hərəkəti bir neçə ay öncə Avropa mətbuatında Məhəmməd peyğəmbərə karikaturaların dərci ilə meydana gələn böhranı yenidən doğura bilər. Qeyd etmək lazımdır ki, hələ ötən il almaniyalı 78 yaşlı kardinal Yozef Ratsinger Roma katolik kilsəsinin başçısı seçiləndə (o, Papa kimi XVI Benedikt adını qəbul etdi) bir çox icmalçılar onun ifrat mühafizəkar baxışlarını önə çəkərək bu seçimin o qədər də uğurlu olmadığını bildirmişdilər. Ratsinger öz baxışlarına görə digər dinlərə qarşı daima soyuq münasibəti ilə seçilib. O özündən əvvəlki Papa II İohann Pavelin yeritdiyi liberal siyasətin əsas opponetlərindən olub. Alman kardinal Papa II İohann Pavelin müsəlman ölkələrinə səfərlərinə və müsəlman dünyası ilə ilıq münasibətlər qurmasına ən tənqidi yanaşan şəxslərdən biri kimi ad çıxarmışdı. Onun fikrincə, bu cür addımlar, o cümlədən bu gün Avropada geniş yayılmış "multikulturalizm" (fərqli din və mədəniyyətlərin qovuşması) təfəkkürü xristianlığı öz köklərindən uzaqlaşdırır. Ratsingerə görə, xristianlıq, daha doğrusu, katolik mənəviyyatı Avropanın yeganə xilas yoludur. Maraqlıdır ki, Ratsinger yeniyetmə vaxtı faşistlərin pioner təşkilatı sayılan "Hitleryugend"in üzvü olub, daha sonra isə, bilavasitə döyüş əməliyyatlarında iştirak etməsə də (onun rəsmi bioqrafiyasında belə qeyd olunub), Hitler ordusunun sıralarında olub. Bu fakt uzun müddət Ratsingerin əleyhdarları tərəfindən ona qarşı əks-təbliğatda istifadə olunub. Roma Papası Avropa Birliyinin (AB) genişlənməsi məsələsində də sərt mövqeyi ilə tanınır. Onun fikrincə, AB yalnız xristian dövlətlərinin birliyi olaraq qalmalıdır. Bu xüsusda o bir neçə dəfə Türkiyənin AB-yə inteqrasiyasına qarşı çıxış edib. 2004-cü ildə onun Fransanın "Le Fiqaro" qəzetinə verdiyi müsahibə Ankara ilə Vatikan arasında münasibətlərdə müəyyən böhran yaratmışdı. Ratsingerin "Müsəlman ölkəsi olan Türkiyə AB-yə deyil, İslam ölkələri birliyinə inteqrasiya barədə düşünməlidir" sözlərinə sərt reaksiya verən baş nazir Rəcəb Tayyib Ərdoğan "AB-yə kimin üzv olub-olmaması Vatikanda həll olunmur. Vatikan bir din dövlətidir və AB-nin də üzvü deyil, odur ki, öz işinə baxsın" deyə bildirmişdi. Maraqlıdır ki, gələn ayın sonunda Papa XVI Benediktin Türkiyəyə səfəri nəzərdə tutulub və indi bir çox icmalçılar onun təxirə salına biləcəyini qeyd edirlər.



Yerləşdirilib:18 Sentyabr, 2006  20:48, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com