Dini Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələrini nəzərinizə çatdırırıq:
• Cinsi
Kişi: 57%
Qadın: 43%
• Yaşı
16-18: 17%
19-25: 64%
25-30: 14%
30-35: 5%
• Təhsili
Orta texniki peşə: 2%
Orta: 7%
Orta ixtisas: 2%
Natamam ali: 36%
Ali: 15%
Bakalavr: 30%
Magistr: 3%
Elmlər namizədi: 5%
Elmlər doktoru: -
• Yaşayış statusu
Şəhərin daimi sakini: 74%
Qaçqın: 7%
Məcburi köçkün: 6%
Müvəqqəti qeydiyyat (sakin): 13%
1. Allaha inam sizin həyatınızda hansı yeri tutur ?
(millət, ailə, şəxsi həyat, kariyera məfhumlarına münasibətdə)
• 1-ci yer: 80%
• 2-ci yer: 9%
• 3-cü yer: 4%
• 4-cü yer: 1%
• 5-ci yer: 1%
• İnanmıram: 2% (8 və 10-cu suala keçid)
2. Hansı dinə mənsubsunuz?
• İslam: 95% (3-cü suala keçid)
• Xristian: 2%
• Digər: 2%
• Ateist: 1%
3. Özünüzü İslam dininin hansı məzhəbinə aid edirsiniz?
• Şiə (cəfəri): 22%
• Sünni: 11%
• Sələfi: 1%
• Cavab verməyə çətinlik çəkirəm: 3%
• Fərqi yoxdur, biz müsəlmanıq: 57%
• Heç birinə: 6%
4. İslam dininin digər dinlərlə qarşılıqlı münasibətlərinə necə baxırsınız?
• Müsbət: 62%
• Bitərəf: 17%
• Mənfi: 8%
• Cavab verməyə çətinlik çəkirəm: 13%
5. Aşağıdakı hansı dini ayinləri icra edirsiniz?
• Namaz: 34%
• Oruc: 55%
• Nəzir: 75%
• Qurban: 35%
• İslamın təbliği, dəvət: 26%
• Xüms, zəkat: 18%
• Heç birini: 12%
6. Bu dini ayinləri müntəzəm icra edirsinizmi?
• Müntəzəm: 42%
• Mövsümə (Məhərrəm və Ramazan ayları) uyğun olaraq: 27%
• Nadir hallarda: 18%
• İcra etmirəm: 13%
7. Dövlət idarəçiliyində İslam qanunlarının nəzərə alınmasına hansı formada tərəfdarsınız?
• İslam qanunlarına əsaslanan dövlət idarəçiliyinə tərəfdaram: 9%
• İslam dəyərlərinin geniş təbliğ olunduğu dünyəvi dövlət idarəçiliyinə tərəfdaram: 52%
• Mövcud dünyəvi dövlət idarəçiliyinin tərəfdarıyam: 34%
• Tam ateist dövlət idarəçıliyinin tərəfdarıyam: 2%
• Tərəddüd edənlər: 3%
8. Sizin fikrinizçə Azərbaycanda hansı ölkələrin dini təbliğat təsiri güclüdür?
• Türkiyə: 48%
• İran: 33%
• Ərəb ölkələri: 15,5%
• Bilmirəm: 3%
• Xristian ölkələri: 0,5%
9. Bəs Siz bunlardan hansını Azərbaycan üçün məqbul hesab edirsiniz?
• Türkiyə: 41%
• İran: 7%
• Ərəb ölkələri: 15%
• Hər üçünün də əleyhinəyəm: 32%
• Tərəddüd edən: 5%
10. Qeyri-ənənəvi dini təşkilatların və cərəyanların Azərbaycandakı fəaliyyətinə necə yanaşırsiniz?
• Müsbət: 3%
• Loyal: 9%
• Dözmürəm: 10%
• Mənfi: 62%
• Cavab verməyə çətinlik çəkirəm: 16%
11. Dövlətin hal-hazırda dini dəyərlərimizə verdiyi önəm Sizi qane edirmi?
• Bəli, kifayyət qədərdir: 25%
• Daha artıq münasibət göstərməsini istərdim: 52%
• Həddən artıq önəm verir: 5%
• Cavab verməyə çətinlik çəkirəm: 17%
• Qane etmir: 2%