POPULYARXƏBƏRLƏR

Azərbaycanın Qax rayonunda gürcü kilsəsinin bağlanması barədə Gürcüstanın iddiaları həqiqətə uyğun deyil

Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Sozar Subari Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciət edib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən yaydığı məlumata görə, S. Subari məktubunda E. Süleymanovadan Azərbaycanın Qax rayonunda Müqəddəs Georgi pravoslav kilsəsinin bağlanmasının qarşısını almaqla əlaqədar tədbir görməyi xahiş edib. Müraciətdə bildirilir: "Gürcüstan kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə, yerli əhali kilsənin qapılarını möhürləyib. Bunu kənd əhalisi ilə yanaşı, Nekres və Xeret mitropoliti Sergi ata da təsdiqləyib. Əldə olunan informasiyaya əsasən, əhali kilsədə xidmətin bərpa olunacağı təqdirdə, keşişi qisas almaqla hədələyir". Gürcüstan Ombudsmanı azərbaycanlı həmkarına bu hadisənin İnsan Hüquqları haqqında Avropa Konvensiyası ilə yanaşı, iki xalq arasındakı çoxəsrlik tarixə malik dostluq əlaqələrinə zidd olduğunu xatırladıb.

Qeyd edək ki, bu xəbəri Azərbaycanın Qax rayonunun Qax-İngiloy kəndini Sainqilo adlandırmaqla "Novosti-Qruziya" oktyabrın 14-də İnsan Hüquqları üzrə Mərkəz adlı qeyri-hökumət təşkilatının rəhbəri Uça Ninuaşviliyə istinadən yayıb. U. Ninuaşvili iddia edib ki, əhali kütləvi şəkildə qorxudulub və bu səbəbdən bu informasiyanı yayan şəxslərin adını açıqlamamağı xahiş edir. O, hadisə ilə bağlı Gürcüstan Patriarxına və Gürcüstan hakimiyyətinə müraciət edəcəklərini deyib.

Məsələ ilə bağlı daha maraqlı faktlar APA-nın Şəki-Zaqatala bürosunun apardığı araşdırmalar nəticəsində üzə çıxıb. Bəlli olub ki, Qax rayonunda qapadılan kilsə gürcü kilsəsi deyil, alban abidəsidir. Qax rayonunun Ənbərçay kəndi ərazisində yerləşən bu kilsə Kürmük məbədi adlanır və tarixi abidə kimi dövlət tərəfindən təmirə bağlanılıb. Gürcüstan Ombudsmanının barəsində təşvişlə söz açdığı Müqəddəs Georgi kilsəsi isə qapadılmayıb. Sainqilo kimi təqdim olunan kənd də Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə əsasən Qax-İngiloy adlanır. Kilsə ilə bağlı qalmaqalın yaranmasına isə orada keşiş kimi çalışan şəxs bais olub. Belə ki, Müqəddəs Georgi kilsəsinin keşişi Gürcüstan vətəndaşı İosif Tomazoviç Canbazişvilidir. İ. Canbazişvilinin Azərbaycanda qalmaq üçün viza müddəti bitdiyindən, müvafiq orqanlar ona ölkəsinə geri dönməyi, sənədlərini qaydaya saldıqdan sonra qayıtmağı tövsiyə ediblər. Keşiş isə problemini iki qonşu ölkə arasında skandal yaratmaqla həll etmək istəyib.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat və informasiya idarəsinin rəisi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında kilsənin bağlanması barədə yayılan məlumatların əsassız olduğunu deyib: "Təbii ki, Azərbaycanla Gürcüstan arasındakı normal münasibətləri pozmaq istəyən qüvvələr mövcuddur. Amma Azərbaycan tolerant ölkədir. Biz heç vaxt kilsə, sinaqoq və məscid bağlamamışıq. Əksinə, onlar üçün həmişə yaxşı şərait yaratmışıq".

Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva isə APA-ya açıqlamasında deyib ki, Azərbaycanda kilsənin bağlanmasından söhbət gedə bilməz: "Mən təəssüf edirəm ki, Gürcüstanın bəzi siyasətçiləri, millət vəkilləri tərəfindən zaman-zaman münasibətləri gərginləşdirən və heç bir əsası olmayan açıqlamalar yayılır. Hər bir şəxs açıqlama verən zaman onun məsuliyyətini dərk etməli, ölkələrarası münasibətlərə necə təsir edəcəyini düşünməlidir. Ölkəmizdə yaşayan ingiloylar, gürcülər Azərbaycan dövlətinin onlara olan müsibətindən həddən artıq razıdır. İngiloy, gürcü kəndlərində tikilən yeni məktəblərə heç Gürcüstanın özündə də rast gəlmək mümkün deyil. Bir müddət əvvəl mənim dəvətimlə həmin bölgədə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, Gürcüstan-Azərbaycan Dostluq Evinin rəhbəri Giuli Alasaniya ingiloylara, gürcülərə yüksək səviyyədə şərait yaradılmasının şahidi oldu. Xanım Alasaniya bu xalqın mədəniyyətini qoruması, ana dillərində təhsil alması, ibadətlə məşğul olmasından məmnunluqla danışaraq vurğulamışdı ki, onlar üçün burada çox yüksək şərait yaradılıb".

Millət vəkili qeyd edib ki, Azərbaycanda ingiloy və gürcülərin ibadətlə məşğul olması üçün heç bir problem yoxdur: "Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra Sovet dövründə qapadılan kilsələri təmir etdirib. Mən Gürcüstan Ombudsmanının nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycan dövləti bu ölkədə yaşayan bütün etnik, dini azlıqlara hörmətlə yanaşır. Biz çox arzu edərdik ki, Gürcüstanda da etnik, dini azadlıqlara bu cür münasibət göstərilsin".



Yerləşdirilib:18 Oktyabr, 2007  11:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com