POPULYARXƏBƏRLƏR

Ermənilər oktyabrın 16-da Tovuzda "Alı dədə" türbəsi kimi tanınan tarixi abidəni və qəbiristanlığı yandırıblar

Oktyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonun Ağdam kəndi ilə sərhəddə güclü yanğınlar törədiblər. APA-nın məlumatına görə, yanğınların Azərbaycanın nəzarətində olan cəbhəyanı əraziyə keçməsi nəticəsində cəbhə xəttinin yaxınlığındakı qəbiristanlıq və Azərbaycanın tarixi abidələri siyahısında olan "Alı dədə" abidəsi kimi tanınan, yerli əhalinin ziyarətgahı olan Ağa Mir Əlinin türbəsi də yanıb.

Yanğınlar baş verən ərazi minalandığından yanğın güclü partlayışlarla müşayiət olunub. Hadisə baş verən zaman güclü tufan qopması və yağış yağması yanğının Ağdam kəndinin yaşayış olan ərazilərinə keçməsinin qarşısını alıb.

Qeyd edək ki, yerli sakinlər münaqişə başlayandan qəbiristanlıq və ziyarətgaha gedə bilmirlər. Ziyarətə gedən kənd sakinləri dəfələrlə ermənilərin atəşi altında qalıblar.

Yanğınlarla yanaşı oktyabrın 15 və 16-da Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdən cəbhəyanı kəndləri atəşə tutublar. Onlar eyni zamanda sərhəddə olan 5 iribuynuzlu mal-qaranı da oğurlaya biliblər.

Yanğın faktlarını Tovuzda yerləşən regional "Simurq" Televiziyası lentə ala bilib.

Hadisəyə münasibət bildirən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupuna üzv ölkələrin Azərbaycanda akkreditə olunan səfirlərinin bu məsələyə sərt reaksiyalarını gözlədiklərini deyib. Azərbaycanın nəzarətində olan ərazidə qəbiristanlığın və əhalinin müqəddəs ziyarətgahı sayılan, tarixi-mədəni abidənin yandırılmasını vandalizm aktı adlandıran millət vəkili bunun bütün beynəlxalq konvensiyalara və hüquq normalarına zidd olduğunu söyləyib. Onun sözlərinə görə, insanların heysiyyatına toxunmaq üçün atılan belə addımlarla Azərbaycanın digər cəbhəyanı əraziləri kimi Tovuz rayonu da ilk dəfə deyil ki qarşılaşır: "Neçə illərdir ki, Azərbaycan ərazisində yerləşən bu məzarlığı ziyarət etmək istəyənlər ermənilərin snayper atəşi ilə qarşılaşır. Orda kənd sakinlərinin doğmalarının məzarlarını və türbəni ziyarət etmələri mümkünsüz olub. Cəbhəyanı kəndlərin əhalisi əkin-biçinlə məşğul ola bilmir. Onlar bütün həyatlarını ermənilərin snayper atəşlərinin altında keçirirlər".

Millət vəkili Azərbaycanın işğal altında olan ərazilərinin yandırılması ilə bağlı dəfələrlə ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıldığını, hətta yazılı sənədlər yayıldığını da xatırladıb: "Həmin vaxt problemə lazımı sərt reaksiyanın verilməməsi bu gün ermənilərin bu vandallıq aktlarının sayının artmasına, artıq nəinki işğal altında olan torpaqlarda, həmçinin sərhəddə yerləşən ərazilərdə, özü də qəbiristanlığı və tarixi abidəni yandırmaları ilə nəticələnir. İndi biz ATƏT-in monitorinq qrupunun hadisə ilə bağlı sərt reaksiyasını gözləyirik, hesab edirik ki, beynəlxalq təşkilatlar bu hadisəyə çox sərt reaksiya verməlidirlər. Çünki bu cür hallar münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə birbaşa zərbədir. Bu yanğın lentlərinin beynəlxalq təşkilatlara təqdim olunmasını da təmin edəcəyik".



Yerləşdirilib:18 Oktyabr, 2007  11:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com