Zaqatalada vəhhabi təriqətinin üzvü olmaqda və saqqal saxlamaqda günahlandırılan daha bir rayon sakini saxlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon dindarları məlumat verib. Onların sözlərinə görə, bu gün səhər saatlarında rayonun Dombabinə kənd imamının müavini İbrahim Muradov bazarda alış-veriş edərkən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həbs edilərək, polis bölməsinə aparılıb.
RPŞ-dən saxlanılan şəxs barəsində heç bir açıqlama verilməsə də, dindarların dediyinə görə, İ.Muradov saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılıb. İ.Muradovun idarə etdiyi avtomobil isə polis bölməsində saxlanılıb və sahibinə qaytarılmayıb. Dindarlar bir qədər əvvəl APA-nın yerli bürosu ilə əlaqə saxlayaraq, . İ.Muradovun yenidən polis bölməsinə çağırılaraq həbs edildiyini bildiriblər. RPŞ-dən isə İ.Muradovun saxlanılması barədə heç bir açıqlama verilməyib.