POPULYARXƏBƏRLƏR

Təxminən bir ay sonra müqəddəs Həcc yolçuluğu başlayır

Bu il Səudiyyə Ərəbistanı höküməti ölkəmizdən 6 min möminin müqəddəs yerləri ziyarət etməsinə icazə verib

Müsəlmanların müqəddəs Ramazan ayı başa çatıb, təxminən bir ay sonra isə müqəddəs Həcc ziyarəti başlayır. Hər il olduğu kimi bu il də azərbaycanlılar müsəlmanların müqəddəs yerlərini ziyarət edəcək. Qafqaz Müsəlmanları idarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. Bu dəfə də zəvvarlar Səudiyyə Ərəbistanına avtobus və təyyarələrlə gedəcək.

Dünya müsəlmanları, o cümlədən də azərbaycanlı möminlər müqəddəs sayılan Həcc ziyarətinə hazırlaşır. Qafqaz Müsəlmanları idarəsindən (QMİ) ANS-ə verilən məlumata görə, bu il Səudiyyə Ərəbistanı höküməti ölkəmizdən 6 min möminin ora getməsinə və müqəddəs yerləri, o cümlədən Mədinə şəhərini ziyarət etməsinə icazə verib.

Avtobusla gedənlər ölkəni dekabrin 2-dən 5-nə, təyyarə ilə isə dekabrin 9-dan 13-nə kimi tərk edəcək. Ümümiyyətlə isə ziyarət müddəti 18 gündür.

QMİ-dən bildirirlər ki, avtobusla ziyarət üçün nəzərdə tutulmuş 3 min nəfərlik plan artıq dolub. Təyyarə ilə ziyarətə getməsi planlaşdırılan eyni sayda vətəndaşdan isə 1300-ü qeydiyyatdan keçib. Qeyd edək ki, avtobusla ziyarətə getmək 1460 manata başa gəlir. Təyyarə ilə ziyarət isə bundan bir qədər bahadir. Belə ki, zəvvarlar həc ziyarətində neçə nəfərlik otaqda qalacaqlarından asılı olaraq 2280 manatdan 4380 manata qədər pul ödəyir. Bu pula əsasən, yol və mehmanxana xərcləri daxildir.

Zəvvarlar ziyarət müddətində 15 gün Məkkə, 3 gün isə Mədinə şəhərindəki mehmanxanada qalacaq. Bundan başqa, onlar həm də Səudiyyə Ərəbistanı ərazisinə daxil olduqlarina görə, bu ölkənin hökümətinə xüsusi vergi, yəni torpaqbasdı ödəyəcəklər. QMİ-dən bildirirlər ki, bu vergi 120 dollardan 240 dollara qədər ola bilər. Onun konkret məbləği sonradan məlum olur. Ona görə də əvvəlcədən dəqiq məbləğ demək bir qədər çətindir.

Zəvvarların Qafqaz müsəlmanları idarəsinə ödədiyi vəsaitə isə yemək xərcləri və ziyarət müddətində kəsiləcək qurbanın pulu daxil deyil. Bu pulu onlar özləri ziyarət vaxtı öz cibindən verməlidir. Amma həcc ziyarətinə getmək istəyənlərin arzusunu təkcə QMİ reallaşdırmır. Bu işlə həm də idarənin məsləhət bildiyi, Mədəniyyət və Turizm nazirliyindən lisenziya alan 9 özəl şirkət məşğul olur.



Yerləşdirilib:14 Oktyabr, 2007  20:35, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com