 | POPULYARXƏBƏRLƏR |




|
Azərbaycanın Xanlar rayonunda Lüteran kilsəsinin açılış mərasimi keçirilib. Sözügedən kilsə 1854-cü ildə tikilib, bu yaxınlarda əsaslı təmir olunub. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən təmir edilən kilsənin təmiri üçün 250 min avro xərclənib.
Ətraflı| Şərhlər: 0 | Дата: 6 Fevral, 2008
|
Əvvəllər ancaq nənələrimizi başı örpəkli görərdik. İndi hər addımbaşı gənc hicablı qadınlara rast gəlmək mümkündür. Amma gənclər nənələrimiz qədər örpəyi baş üstündə gəzdirə bilirlərmi? ANS TV-nin mədəniyyət xəbərlərinin əməkdaşları bu mövzunu, başına örpək taxmış incə sənətin nümayəndələri arasında araşdırıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Fevral, 2008
|
Azərbaycanın tarix boyu qərb ilə şərqi birləşdirən ticarət yollarının əsas qovşaqlarından birində yerləşməsi, buranın həm coğrafi, həm mədəni, həm də hərbi-strateji əhəmiyyətli məkan olması, islamın ilk dövrlərindən (20-22 h./641-643 m.) buranın müsəlmanlar tərəfindən fəth edilməsinə səbəb olmuşdur. İslam dini zaman keçdikcə yerli əhali tərəfindən qəbul edildi. Bu da danılmaz faktdır ki, burada yaşayan xalqın müsəlman olmasında ən böyük təsir göstərən amillərdən biri sufilik olmuşdur. Sadəcə, sufilərin xoşməramlı İslam anlayışının insanların qəlbinə təsir etdirmək xüsusiyyətini nəzərə alsaq, bu dinin qəbul edilməsində təzyiqin tətbiq olunmadığını aydın görə bilər və sufiliyin əhəmiyyətini dərk etmiş olarıq.
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Fevral, 2008
|
"Mistik düşüncə" bəşəriyyət tarixi boyu mövcud olan bir məfhumdur. İlahi bilik və sirlərlə bağlı mənaları özündə əks etdirən yunan mənşəli bu söz (mystikos) tədricən fəlsəfi-dini termin mahiyyətini qazanmışdır. Mistik təcrübə və anlayış yunan fəlsəfəsində, brahmanizm, buddizm, maniheizm, iudaizm və xristianlıqda müxtəlif formalarda mövcud olmuşdur.
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Fevral, 2008
|
Sufilik mövzusunda qədim mənbələrdən sayılan "Təlbisi-İblas" kitabında İbn Covzi yazır: ""Sufi" sözü hicri 200-cü ildən azacıq əvvəl yaranıb. Həzrəti Peyğəmbərin dövründə insanlara ləqəb qoşarkən, ilk növbədə İslama və imana aid edir, "muslim" və "mömin" deyirdilər. Sonra "zahid" və "abid" adları meydana çıxdı. Daha sonra bir dəstə yarandı ki, zahidliyə və Kəbəyə bağlılıqlarının çoxluğundan, dünyadan uzaqlaşdılar, özlərini tamamilə ibadətə həsr etdilər və xüsusi bir təriqət (yol) yaratdılar".
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Fevral, 2008
|
Yüz illərdir ki, "sufi" sözünün mənası və kökü barəsində mübahisələr davam edir. Tarix və ədəbiyyat alimləri, filosoflar, eləcə də sufilərin özləri bu sözün lüğət mənasını, izahını və yaranma tarixini araşdırmış, nəticədə bir-birindən fərqli, hətta ilk baxışda qəribə görünə biləcək nəzəriyyələr irəli sürmüşlər.
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Fevral, 2008
|
Türkiyədə azadlıq mitinqlərinin təşkilatçısı olan qadın dərnəkləri ilə birgə 54 təşkilat bu gün 18 fərqli yerdə Türkiyə Böyük Millət Məclisində ali təhsil qanunu müzakirəsi ilə bağlı etiraz mitinqi keçiriblər. Etirazçılar qəbul etdikləri bəyanatı Atatürkün məqbərəsi önündəki ziyarətçi dəftərinə yazıblar. Bəyanatda bildirilir ki, bu qərar tək qadınları deyil, bütün rejimi örtük atına alma məqsədi daşıyır.
Ətraflı| Şərhlər: 0 | Дата: 2 Fevral, 2008
|
"Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməli, bu ölkənin silahlı qüvvələri Azərbaycanını işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmalıdır". İslam Konfransı Təşkilatı (İKT) Parlament Assambleyasının Misirin paytaxtında keçirilmiş növbəti sessiyasında qəbul olunmuş Qahirə bəyannaməsində belə deyilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 2 Fevral, 2008
|
Azərbaycan Dövlət Neft Şirkəti 16 milyard 500 milyon dollarlıq gəlirlə 16-cı sırada yer alıb
İslam dünyasındakı iqtisadi inkişafı yaxından təqib edən "Dinar Standard" jurnalı 100 müsəlman şirkətinin adını açıqlayıb. Jurnalın yayınladığı "Top-100" siyahısında firma sayına görə 24 şirkətlə Türkiyə ilk sıradadadır. İkinci yerdə17 şirkətlə Malayziya, üçüncü sırada isə 15 şirkətlə Səudiyə Ərəbistanıdır.
Ətraflı| Şərhlər: 0 | Дата: 2 Fevral, 2008
|
Dünən Bərdədə qeyri-ənənəvi dini təbliğatla məşğul olan qrupların zərərsizləşdirilməsi üçün geniş əməliyyat keçirilib. Rayon polisindən ibarət əməliyyat qrupu Bərdə şəhər 20 Yanvar küçəsindəki mənzillərin birində fəaliyyəti qanunla qadağan edilmiş dini sekta aşkarlayıblar. Adı çəkilən ünvana gələn hüquq-mühafizə orqanlarının əməkdaşları "Yəhova şahidləri" sektasının 18 üzvünü saxlayıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 2 Fevral, 2008
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|