Türkiyədə azadlıq mitinqlərinin təşkilatçısı olan qadın dərnəkləri ilə birgə 54 təşkilat bu gün 18 fərqli yerdə Türkiyə Böyük Millət Məclisində ali təhsil qanunu müzakirəsi ilə bağlı etiraz mitinqi keçiriblər. Etirazçılar qəbul etdikləri bəyanatı Atatürkün məqbərəsi önündəki ziyarətçi dəftərinə yazıblar. Bəyanatda bildirilir ki, bu qərar tək qadınları deyil, bütün rejimi örtük atına alma məqsədi daşıyır.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin komissiyasında ali təhsil qanununa baş örtüyünün aradan qaldırılmasını nəzərdə tutan dəyişikliklə bağlı məsələ 11 saat müzakirədən sonra qəbul olunub. Müzakirələr çox gərgin keçib, hətta Cumhuriyyət Xalq Partiyasından olan millət vəkilləri ilə hakim partiyanı təmsil edən həmkarları arasında qalmaqal tənqiddən təhqirə qədər böyüyüb. Türkiyənin xarici işlər naziri Əli Babacan da keçirdiyi məbuat konfransında bildirib ki, hicabla bağlı müzakirələr Türkiyənin imicinə ziyan vurur və ölkəni zəiflədir.
Müzakirənin Türkiyənin iqtisadiyyatına da zərbə vurduğunu deyən Babacan hesab edir ki, inkişaf etmiş ölkələrdə olduğu kimi Türkiyədə bu cür problemlərin müzakirəsindən uzaq olmalıdır.
Baş nazir Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibətini açılayıb. Baş nazir bildirib ki, baş ötrüyünü ittiham edənlərin ümmuiyyətlə dini anlayışları çox zəifdir və bu şəxslər dinlə bağlı fikir söyləmək səlahiyytəinə malik deyillər.