Azərbaycan Dövlət Neft Şirkəti 16 milyard 500 milyon dollarlıq gəlirlə 16-cı sırada yer alıb
İslam dünyasındakı iqtisadi inkişafı yaxından təqib edən "Dinar Standard" jurnalı 100 müsəlman şirkətinin adını açıqlayıb. Jurnalın yayınladığı "Top-100" siyahısında firma sayına görə 24 şirkətlə Türkiyə ilk sıradadadır. İkinci yerdə17 şirkətlə Malayziya, üçüncü sırada isə 15 şirkətlə Səudiyə Ərəbistanıdır.
Siyahının 1-ci pilləsində isə 113 milyard dollarlıq gəliri ilə dünyanın ən böyük neft istehsalçısı olan "Saudi Aramco" neft şirkətidor. İlk onluqda 8 neft şirkətinə yer verilib. "Top-100" siyahısına Azərbaycan Dövlət Neft Şirkəti də daxil edilib. ADNŞ 16 milyard 500 milyon dollarlıq gəlirlə 16-cı sırada yer alıb.