 | POPULYARXƏBƏRLƏR |




|
Müstəqil Türkiyə Partiyası (BTP) sədrinin müavini Mehmet Harun Kayacı Azərbaycanda həbs olunub. Türkiyə mətbuatının verdiyi məlumata görə, sədr müavini ötən ilin oktyabrında Bakıda Azərbaycan hüquq-mühafizə orqanlarının qanunsuz dini təbliğatın qarşısının alınması ilə bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 24 Yanvar, 2008
|
Naxçıvanda XVII əsrə əsrə aid memarlıq abidəsi olan məscidin bərpasına başlanılıb. Bəzi mənbələrə görə, bu memarlıq nümunəsi XVIII-XIX əsrlərdə yaşamış Hüseyn Təbrizinin əsəridir. Hazırda tikilidə təmir işləri aparan bərpaçı-memarların fikrincə isə, bina XVIII əsrə aiddir və inşa edildiyi vaxtdan Cümə Məscidi kimi tanınır.
Ətraflı| Şərhlər: 0 | Дата: 24 Yanvar, 2008
|
Əziz müsəlmanlar!
Bildiyimiz kimi, təlim-tərbiyə və təhsil insan üçün ən önəmli fəaliyyət növlərindən biridir. Bütün peyğəmbərlər bunun üçün göndərilmiş, bütün kitablar bunun üçün nazil edilmişdir. Böyük filosofların demək olar ki hamısı buna xidmət etmişlər. Sevimli Peyğəmbərimiz (s.ə.s.) "Məni Rəbbim tərbiyələndirdi və tərbiyəmi gözəl etdi" demiş, Uca Allah da sevimli qulu və elçisi Həzrəti Muhəmmədə (s.ə.s.) xitabən "Həqiqətən, sən yüksək bir əxlaq üzərindəsən" buyurmuşdur.
Ətraflı| Şərhlər: 0 | Дата: 24 Yanvar, 2008
|
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Nərimanov rayon şöbəsi və Nərimanov Rayon Polis İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi tədbirlər nəticəsində satışı qadağan olunmuş dini ədəbiyyat götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 24 Yanvar, 2008
|
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən bu il Aşura günündə keçirilən qanvermə aksiyasında 1180 nəfər iştirak edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, altı məsciddə keçirilən aksiya nəticəsində 500 litrə yaxın qan əldə olunub.
Ətraflı| Şərhlər: 0 | Дата: 24 Yanvar, 2008
|
Aşura günü Gəncədə kütləvi şəkildə qeyd olunub. Şəhərin və ətraf rayonların sakinləri Gəncə yaxınlığında yerləşən İmamzadə Ziyarətgahına gələrək, Məhəmməd Peyğəmbərin nəslindən olduğu ehtimal edilən Şahzadə İbrahimin qəbrini ziyarət ediblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Yanvar, 2008
|
"Aşura günündə qanvermə aksiyasını digər müsəlman ölkələrində də təbliğ etmək olar". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx bildirib ki, bu aksiya müsəlman ölkələri arasında təkcə Azərbaycanda həyata keçirilir və digər müsəlman dövlətlərində də keçirilməsi məqsədəuyğundur.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Yanvar, 2008
|
Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə Azərbaycanın bir çox məscidlərində talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Yanvar, 2008
|
"Təkcə İslamdan deyil, xristianlıq və digər dinlərdən də şəxsi məqsədlərini həyata keçirmək üçün istifadə edən qüvvələr var". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkədəki dini durumu qiymətləndirərkən deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Yanvar, 2008
|
Bu gün Hicri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1366 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn Kərbəla yaxınlığında öz tərəfdarları ilə birgə şəhid edilib, Yezid ibn Müaviyənin ordusu tərəfindən qətlə yetirilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Yanvar, 2008
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|