POPULYARXƏBƏRLƏR

Sufiliyin tarixi

"Mistik düşüncə" bəşəriyyət tarixi boyu mövcud olan bir məfhumdur. İlahi bilik və sirlərlə bağlı mənaları özündə əks etdirən yunan mənşəli bu söz (mystikos) tədricən fəlsəfi-dini termin mahiyyətini qazanmışdır. Mistik təcrübə və anlayış yunan fəlsəfəsində, brahmanizm, buddizm, maniheizm, iudaizm və xristianlıqda müxtəlif formalarda mövcud olmuşdur.

İslam dininin isə mistik təlimlərini, onun mənəvi həyatını və əxlaqi dəyərlərini tarix boyu formalaşdıran fəlsəfi-dini cərəyanlar "sufilik" və "təsəvvuf" anlayışı ətrafında birləşir. Bu təlimlərin əsasında insanın nəfsi ilə mubarizə aparıb saflaşdırması və sonda tərbiyə edilmiş nəfsin öz varlığından uzaqlaşaraq Allaha qovuşması ideyası durur.

Sufi və təsəvvuf sözünün hansı kökdən meydana gəlməsiylə bağlı tədqiqatçılar müxtəlif fikirlər irəli sürürlər. Lakin bu mövzuda ümumi qənaət onun "yun" mənasına gələn ərəbcə "suf" kökündən törəməsi fikridır. Peyğəmbərlərin və zahidlərin yundan tikilmiş paltarlar geyinmələri zöhd və təqva nişanəsi kimi qəbul edilmiş və simvolik mahiyyət qazanmışdır. Bundan başqa, bu kəlmənin yunan dilində hikmət mənasına gələn "sophia" sozündən alındığını irəli sürənlər də az deyildir.

Süfilərin əksəriyyətinə görə, təsəvvuf öz mənbəyini Qurani-Kərimdən və Həzrəti Peyğəmbərin (s.ə.s.) hədislərindən götürür. İslam mistisizminin Həzrəti Peyğəmbər (s.ə.s.) dövründə adı olmasa da, məzmun etibarilə mövcud olduğu bildirilir. Həzrəti Muhəmməd (s.ə.s.) və səhabələr zamanı təsəvvufun məzmununa ən yaxın anlayış zöhd və zahidlik olmuşdur. Bəzi müəlliflər zahidliyin müəyyən mənada elə təsəvvufun özü olduğunu bildirir və Qurani-Kərimdə bəhs olunan təqva, zikr, huşu, tövbə, riza kimi qəlblə bağlı əməllərin məhz zahidlər tərəfindən inkişaf etdirildiyini qeyd edirlər. Zahidliyi təsəvvufun təməli, ibadəti isə zöhdün nəticəsi kimi qiymətləndirirlər. İbadətlərin məqsədi nəfsi təmizləyərək Allaha yaxınlaşmaqdır. Təsəvvuf ilə ibadət arasında münasibət də bu baxımdan önəmlidir. Həmçinin zöhddə qorxu, təsəvvufda eşq ünsürünün prioritet mövqedə olduğu da məlumdur.

Sufilik tarixinin inkişaf mərhələləri

Tədqiqatçılar sufiliyin üç mərhələ- zöhd, təsəvvuf və təriqət dövrü keçirdiyini qeyd edirlər. Müəlliflərə görə, zöhd dövrü İslamın yarandığı ilk illərə düşür. Bu dövrdə mistik həyat peyğəmbərin yaşadığı kimi yaşamaq anlayışını əhatə edirdi. Zahidin həyat tərzi azla qənaətlənmək, nəfsin istəklərini nəzərə almamaq, onlarla mübarizə aparmaq, səbir, təvəkkül və Allah qorxusu kimi tipik xüsusiyyətləri özündə əks etdirirdi. Zahidlər dövrünün sonu VIII əsrin ortalarına- İslam tarixinin tabiun (səhabələri görmüş insanlar) dövrünə təsadüf edir.

Sufilik müstəqil bir fəlsəfi təlim kimi ilk dəfə Bəsrədə meydana çıxmışdır. İlk sufi adını alan Əbu Haşim əs-Sufidir (v. 150/767). Onun Suriyanın Rəml şəhərindəki təkkəsi ilk sufi təkkəsi hesab edilir. Əbu Haşim ilə başlayan sufi cərəyanları qısa müddət ərzində digər İslam ölkələrində də yayıldı. Məlumdur ki, İslam dilləri, dinləri, mədəniyyətləri, həyat tərzləri ayrı olan bir sıra xalqları vahid mədəniyyət, incəsənət və hüquq qanunları ilə bir-birinə bağlamışdı. Belə bir şərait sufiliyin yayılması üçün daha əlverişli olmuş, sonralar onun İspaniyadan Çinə, Balkan yarımadasından Afrikanın cənubuna kimi böyuk bir ərazidə nüfuz qazanmasına kömək etmişdir. Hər bölgədə sufi ideologiyası öz xüsusiyyətlərini sosial-siyasi inkişafın səviyyəsinə uyğun formalaşdırmağı bacarmışdı.

Miladi IX əsrdən etibarən, sufilik sistemləşmə mərhələsinə qədəm qoydu. Sistemləşmə zöhd dövründən nisbətən fərqli xüsusiyyətləri meydana gətirmişdi. Bir yandan sufiliyin prinsipləri, qayda və metodarı formalaşdı, digər tərəfdən də sufi düşüncəsinin praktik həyata keçirildiyi yerlər (təkyələr) qurulmağa başladı.

Böyük sufi və zahidlərin yetişdiyi IX-X əsrlərdə təsəvvufla bağlı bir sıra əsərlər yazıldı. Müəlliflər həmin əsərlərdə sufiliyin əsaslarını müəyyənləşdirdilər. "Təsəvvuf" sözünü ilk dəfə istifadə edən Məruf Kərxi, sufi düşüncəsində mərifət ünsürünü meydana gətirən Zinnun Misri, təsəvvuf hallarını ilk dəfə tədqiq edən Səri əs-Saqati, zöhd və sufiliyə yeni meyarlar gətirən Bəyazid Bistami, Bağdad sufilərinin ustadı sayılan və Qəzalini yetişdirən Cüneyd Bağdadi kimi zahid və sufilər öz dövrlərinin tanınmış şəxsiyyətləri sayılmaqla yanaşı, sufiliyin inkişafında əvəzsiz xidmətləri olmuşdur. Onların arasında İslamın ən böyük sufi qadını olan Rəbiyə əl-Ədəviyyəni xüsusi qeyd etmək lazımdır. Çünki təsəvvuf tarixində ilahi eşq (əl-Hubb) fikri məhz onun adıyla bağlıdır.

İlk təriqətin meydana çıxdığı XII əsrə qədər sufilik geniş mənada praktikaya əsaslanan, nəzəriyyələrə çox yer verməyən, sadə, lakin dərin mənalı həyat tərzi kimi diqqəti çəkirdi. Mütəxəssislər Bəyazid Bistami, Cüneyd Bağdadi kimi zöhd dövrünün məşhur sufilərinin meydana gətirdikləri fikirlərin bu dövrdə Qəzali tərəfindən sistemləşdirildiyini qeyd edirlər. Qəzali kəlam, fiqh və təsəvvufu birləşdirdiyi kimi, İbn Ərəbi də sufiliklə fəlsəfəni birləşdirərək "fəlsəfi təsəvvuf"un qurucusu olmuşdur. Onun fikir və düşüncələrinin əsası vəhdəti-vücud fəlsəfəsiylə bağlı olduğundan, dövrünün bir çox alim və mütəfəkkirləri tərəfindən tənqidə məruz qalmışdır. Buna baxmayaraq onun düşüncələri xeyli sufinin dünya görüşünə öz təsirini göstərmişdir.

XII əsrin ikinci yarısından başlayaraq təsəvvuf təşkilatlanma mərhələsinə daxil oldu. Bəzi fərqlər nəzərə alınmaqla sufiliyin qayda və metodlarını yenidən işləyən təsəvvuf alimələri öz adları ilə tanınan təriqətləri qurdular. Təriqətlər islam dünyasında daha sürətlə yayıldı və müasir dövrə kimi mövcudiyyətini qoruya bildi. Tədqiqatçılar təriqət quran əsas sufilərin bunlar olduğunu qeyd edirlər:

Əbdülqadir Gilani (v. 561/1165, qadirilik), Əhməd Yəsəvi (v. 562/1166, yəsəvilik), Əhməd Rifai (v. 578/1182, rifailik), Nəcməddin Kübra (v. 618/1221, kübravilik), Şəhabuddin Sührəverdi (v. 632/1235, sührəverdilik), Əbulhəsən əş-Şazili (v. 632/1235, şazililik), Hacı Bəktaş Vəli (v. 669/1270, bəktaşilik), Mövlana Cəlaləddin Rumi (v. 672/1273, mövləvilik), Bəhaəddin Nəqşibənd (v. 791/1388, nəqşibəndilik), Hacı Bayram Vəli (v. 833/1429, bayramilik), Səfiəddin Ərdəbili (v. 745/1345, səfəvilik), Ömər Xəlvəti (v. 750/1349, xəlvətilik)

Təriqətin lüğəti mənası "yol" deməkdir. Lakin təsəvvuf nöqteyi-nəzərindən bu, Allaha yetişmək üçün riayət olunan qayda və ayinlərin sistemli icrasını təmin edən bir yoldur. Təsəvvuf strukturu içində mövcud olan təriqətlərin hər birinin özünəməxsus görünüş, tac (baş geyimi), xirqə və şeyxə bağlılıq kimi ədəb-ərkanı vardır. Bunların ən əsası isə hər bir təriqətin Həzrəti Peyğəmbərə (s.ə.s.) qədər qırılmayan "Şeyx və mürşid" silsiləsinə sahib rəhbəri olmalıdır. Təriqətin məhz təsəvvuf mahiyyəti daşıması onu məzhəbdən fərqləndirən əsas amillərdəndir.

Əliheydər

 



Yerləşdirilib:3 Fevral, 2008  22:45, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com