 | POPULYARXƏBƏRLƏR |




|
Yunan Pravoslav Kilsəsinin rəhbəri arxiyepiskop Xristodulos Afinadakı evində vəfat edib. Associated Press kilsənin təmsilçisinə istinadən xəbər verir ki, arxiyepiskop 69 yaşında xərçəngdən dünyasını dəyişib. Bu xəstəlik onda ötən ilin iyununda aşkarlanıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Yanvar, 2008
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə müalicə olunmaq üçün Çexiyaya gedib. Bu barədə QMİ-dən məlumat verilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Yanvar, 2008
|
AKP ilə MHP baş örtüsünə qoyulan qadağanın ləğvi məsələsində anlaşdı
Türkiyədə qadınların hicab geyməsi məsələsi siyasi gündəmin ən önəmli müzakirə mövzusuna çevrilib. Əvvəlcə baş nazir Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrinə səfəri zamanı universitetlərdə baş örtüsünə qoyulan qadağanın götürülməsi məsələsi ilə bağlı təkliflər hazırlayacaqlarını açıqladı.
Ətraflı| Şərhlər: 0 | Дата: 26 Yanvar, 2008
|
Bu barədə məlumatı şahzadə Miteb bin Əbdüləziz keçirdiyi mətbuat konfransında verib. Səudiyyə Ərəbistan rəsmiləri Məkkədə olan "Məscidi Haram" ərazisinin iki qat genişləndiriləcəyini bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 26 Yanvar, 2008
|
Əfqanıstanda bir jurnalist ölüm cəzasına məhkum edilib. Buna səbəb, onun əfqan qadınlarının bir neçə kişiyə ərə getmək hüququ barədə yazdığı məqalədir. 23 yaşlı Seyid Pərviz Kambaxş məqaləsində bildirib ki, hər 2 cinsin nümayəndələri bərabər hüquqa malikdir və buna görə də, qadınlar bir neçə nəfərlə ailə qura bilər.
Ətraflı| Şərhlər: 0 | Дата: 25 Yanvar, 2008
|
Polşa prezidenti Lex Kaçinskinin Bakıda yeni inşa olunmuş "Müqəddəs Məryəm" katolik kilsəsinə hədiyyə etdiyi üç kilsə zəngi Polşadan xüsusi təyyarə ilə Bakıya gətirilib. Azərbaycan Katolik Kilsəsinin rəsmi saytında verilən məlumata görə, kilsə zənglərini hazırlamış məşhur usta Zbiqnev Felçinski də zənglərin quraşdırılmasına kömək etmək üçün Bakıya gəlib.
Ətraflı| Şərhlər: 0 | Дата: 25 Yanvar, 2008
|
Qədim Azərbaycan şəhəri Dərbəndin yetirməsi olan Fazil Dərbəndi 19-cu əsrin ən məşhur ruhani alimlərindən və qələm sahiblərindən sayılırdı. Fazil Dərbəndinin əsl adı Axund Molla ağa ibn Abid ibn Ramazan Əli ibn Zahiddir. Yüksək elmi dərəcəsinə görə ona "Fazil Dərbəndi" (yəni Dərbəndli fəzilət sahibi) ləqəbi verilmişdi. Tarixdə bir neçə məşhur ruhani alimə ehtiram məqsədilə "Fazil" ləqəbi ilə müraciət edilmişdir. Məsələn, Fazil İrəvani, Fazil Miqdad, Fazil Bəstami, Fazil Şərabiyani və b.
Ətraflı| Şərhlər: 0 | Дата: 25 Yanvar, 2008
|
Hollandiyada islam əleyhinə filmin ekranlara çıxarılacağı xəbəri ölkə müsəlmanları arasında narahatlıq doğurub. Ekstremist sağçı siyasətçi, parlamentin deputatı Qrit Valdersin hazırladığı filmdə İslama tənqidi yanaşılır.
Ətraflı| Şərhlər: 0 | Дата: 24 Yanvar, 2008
|
Paris məhkəməsinin 10 ay əvvəl bəraət verdiyi Filipp Val bu gün yenə məhkəmə qarşısında dayanacaq. Məhkəmə Muhəmməd peyğəmbərin karikaturasının dərci ilə bağlı işə bu gün yenidən baxacaq. 2006-cı ildə Fransada nəşr olunan həftəllik "Şarli-Ebdo" qəzeti Danimarkanın "Yulands Posten" qəzetindən götürdüyü karikaturaları özünün əlaqələri ilə dərc etmişdi.
Ətraflı| Şərhlər: 0 | Дата: 24 Yanvar, 2008
|
Müstəqil Türkiyə Partiyası (BTP) sədrinin müavini Mehmet Harun Kayacı 2007-ci ilin oktyabr ayında Azərbaycan Hərbi Prokurorluğu tərəfindən həbs olunub. Mehmet Harun Kayacının vəkili Elton Quliyev bildirib ki, ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 168-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ətraflı| Şərhlər: 0 | Дата: 24 Yanvar, 2008
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|