 | POPULYARXƏBƏRLƏR |




|
Bəzi Avropa qəzetlərində Məhəmməd Peyğəmbərin (ə.s.) karikaturalrının yenidən yayımlanmasından sonra Pakistanda buna qarşı etiraz aksiyası təşkil edilib. Əksəriyyəti Camete İslam dini partiyasının üzvləri olan tələbələr ölkənin ən böyük şəhəri Kəraçidə Danimarka bayrağı yandıraraq bu ölkə əleyhinə şüarlar səsləndiriblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 15 Fevral, 2008
|
Bu gün Ermitaj muzeyinin Nikolay zalında "Saraylarda və çadırlarda. İslam dünyası Çindən Avropaya qədər" adlı sərgi açılacaq. Muzeyin mətbuat xidmətinin məlumatına görə, sərgi İslam dünyasının qonşu mədəniyyətlərlə-Avropa və Çinlə əlaqələrinə həsr olunub və dörd bölmədən ibarətdir.
Ətraflı| Şərhlər: 0 | Дата: 15 Fevral, 2008
|
Əziz müsəlmanlar!
Uca dinimiz İslam insanlara təvazökar olmağı öyrətmiş, təkəbbür və qürurdan uzaq durmağı tövsiyə etmişdir. Çünki dinimizə görə, təvazökarlıq göstərərək sadə olmaq müsəlman üçün əsas prinsiplərdəndir. Təkəbbür və qürur isə Allaha inanmış, Peyğəmbərə bağlanmış olan hər kəs üçün qadağan edilmişdir. Müsəlmanlar təkəbbür və qürurdan uzaq durmalıdırlar.
Ətraflı| Şərhlər: 0 | Дата: 15 Fevral, 2008
|
Abdullah Gülün mövqeyi müəyyən deyil, Konstitusiya Məhkəməsi isə qərarı ləğv edə bilər
Türkiyədə parlamentin ötən həftə qəbul etdiyi universitetlərdə baş örtüyünə qoyulmuş qadağanın ləğvinə dair Konstitusiya düzəlişləri təsdiqlənmək üçün prezidentə təqdim edilib. Konstitusiyanın iki maddəsində AKP və MHP-dən olan millət vəkillərinin səsləri ilə qəbul edilmiş düzəliş tələbə qızların dərsə baş örtüyü ilə gəlməsinə imkan verən hüquqi bazanı yaradır. Qadağanın tam ləğvi üçün ali təhsil haqda qanunda da dəyişiklik edilməlidir.
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Fevral, 2008
|
Danimarkanın 5 gündəlik qəzeti Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəlliflərdən birinə qarşı planlaşdırılan sui-qəsdə etiraz əlaməti olaraq bu karikaturalardan birini yenidən dərc edib. Fevralın 12-də Danimarkanın Aarxus şəhərində bir neçə nəfər, o cümlədən iki tunisli və Mərakeş əsilli danimarkalı həbs olunub.
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Fevral, 2008
|
İslam Konfransı Təşkilatı (İKT) nəşr etdiyi məlumatla soyuq hava şərtləri və yanacaq çətinliyi qarşısında Tacikistan Müsəlmanlarına təcili olaraq insani yardım edilməsini istəyib. İKT Tacikistanda yaşanan həddindən artıq soyuqlar və qışın çox sərt keçməsini nəzərə alaraq bura köməyin vacib olduğunu və İslam cəmiyyətinin bir an əvvəl Tacik Müsəlmanlara kömək etməsinin lazım olduğunu elan edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Fevral, 2008
|
Avstriyanın cənubunda Kearnet Əyalət Məclisi əyalət sərhədləri çərçivəsində məscid və minarə inşa edilməsini qadağan edən qanunu qəbul edib. Əyalət bələdiyyəsinin sədri və Avstriyanın Gələcəyi İttifaqı Hərəkatının liderlərindən biri olan Jörg Haider bildirib ki, məscid və minarələrin inşası əyalətin tarixi və təbii memarlıq üslubunu pozduğuna görə qadağan edilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Fevral, 2008
|
"Vikipediya" saytının təşkilatçıları Məhəmməd Peyğəmbərin (ə.s.) həyatı haqqında səhifədən onun təsvirini çıxarmaq barədə təklifi qəbul etməyiblər. Bu barədə "VEB planeta" saytı məlumat yayıb. Belə ki, Məhəmməd Peyğəmbər (S.Ə.) ölümqabağı ona sitayiş etməyi qadağan etmişdi və elə buna görə də, onun təsviri olan bütün şəkillər qadağan edilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Fevral, 2008
|
Tərcümə üçün 2 il vaxt sərf edən Giorgi Lobcanidze İran, Misir və Türkiyədə araşdırma aparıb
Gürcüstanın şərqşünas alimi professor Giorgi Lobcanidze ilk dəfə olaraq müsəlmanların müqəddəs kitabı "Qurani Kərim"i ərəb dilindən gürcü dilinə tərcümə edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Fevral, 2008
|
Robert Geyts: "Bu hərəkatı əvvəlcə Əfqanıstanda məğlub etmək lazımdır"
Amerikanın müdafiə naziri Robert Geyts avropalılara müraciət edərək deyib ki, "zorakı islamçı" ekstremizmin yaratdığı təhlükə realdır və o, birdən-birə öz-özünə yox olmayacaq. O israr edib ki, bu hərəkatı ilk olaraq Əfqanıstanda məğlub etmək lazımdır.
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Fevral, 2008
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|