 | POPULYARXƏBƏRLƏR |




|
Tahir Yoldaşov Əfqanıstanın şərqində Amerika hərbi qüvvələrinin açdığı atəş nəticəsində ölüb Amerika hərbi qüvvələrinin açdığı atəş nəticəsində Əfqanıstanın şərqində Özbək İslam Hərəkatının 16 üzvi ölüb. Ölənlərin sırasında hərakatın lideri Tahir Yoldaşovda olub. Liderin ölümü haqqında məlumatı Paktika əyalətinin polis rəisi Can Mullaxailya verib.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Oktyabr, 2007
|
Müqtəda əs-Sədr və Abdul Əziz əl-Hakimin rəhbərlik etdikləri şiə qruplaşmaları arasında anlaşma imzalanıb
İraqda şiə liderlər Müqtəda əs-Sədr və İslam İnqilabı Təşkilatının rəhbəri Abdul Əziz əl-Hakim iki şiə təşkilatı arasında münasibətlərin yaxşılaşdırılması barədə razılıq imzalayıblar.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Oktyabr, 2007
|
Sərgidə "Quran"ın xəttat üsulu ilə işlənmiş nümunələri nümayiş etdirilir
Rusiyada ilk dəfə olaraq Çeçenistan Respublikasının milli muzeyində "Quran"ların sərgisi keçirilir. Sərgidə "Quran"ın xəttat üsulu ilə işlənmiş gözəl nümunələri, həmçinin "Quran"ı öyrənmə üsulları üzrə xüsusi proqramm təminatları nümayiş olunur.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Oktyabr, 2007
|
Müsabiqəyə Rusiya, Qazaxıstan, Tacikistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və başqa ölkələrdən olan 100-dən çox iştirakçı qatılıb
Moskvanın cümə məscidində beynəlxalq Quran hafizləri müsabiqəsi başlayıb. Müqəddəs Qurani-Kərimi ən yaxşı oxuyan titulu uğrunda yarışa 100-dən çox iştirakçı qatılıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Oktyabr, 2007
|
Corc Buş "Amerika dost qəbul etdiyi müsəlmanlara fəxr edir" deyib
ABŞ prezidenti Corc Buş Ramazan ayı münasibəti ilə Ağ Evdə 90 nəfərə iftar yeməyi verib. Ağ Evdə 7-ci dəfə verilən ənənəvi iftar yeməyində xarici işlər naziri Kondaliza Rayz, prezidentin müşaviri Dik Çeyni, müsəlman liderlər və səfirlər iştrak edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Nümayiş iştirakçıları İsrail əleyhinə şüarlar səsləndirərək yəhudi dövlətinin bayrağına od vurublar
İranın paytaxtı Tehranda Qüds günü münasibəti ilə kütləvi nümayiş keçirilib. Nümayişə çoxlu sayda insan qatılıb. Tehran küçələri ilə yürüş edən nümayiş iştirakçıları İsrail əleyhinə şüarlar səsləndirərək yəhudi dövlətinin bayrağına od vurublar. Bütün dünyanın müsəlmanları tərəfindən fələstinlilərə dəstək olaraq qeyd olunan Qüds günü müqəddəs Ramazan ayının son cüməsinə təsadüf edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
"Həyat yoldaşım Lora və mən müqəddəs Ramazan ayı ilə bağlı ən xoş arzularımzı müsəlımanlara çatdırırıq"
ABŞ prezidenti Corc Buş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib. "İslam dininin ən müqəddəs ayı olan Ramazan Quranın Məhəmməd peyğəmbərə vəhy olunduğu ayıdır. İbadət edən müsəlmanlar tutduqları oruc və qıldıqları namazla Allah qarşısında borclarını yerinə yetirirlər. Ramazan həmçinin müsəlmanların ailə və ictimai əlaqələrini gücləndirmək və ehtiyacı olanlarla Allahın verdiyi nemətləri bölüşmək imkanı verir. Amerika öz torpağında çoxsaylı dinləri cəmləşdirib. Bizim müsəlman vətəndaşlarımız cəmiyyətimizi zənginləşdirir. Ramazan ayının müqəddəs günləri bizə də şəfqətli olsun və başqaları üçün xeyirxah işlər görməyi yadımıza salsın. Həyat yoldaşım Lora və mən müqəddəs Ramazan ayı ilə bağlı ən xoş arzularımzı müsəlımanlara çatdırırıq. Ramazan bayramınız mübariək!" – deyərək ABŞ prezidenti Corc Buş təbrikini başa vurub.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Türkiyə Apellyasiya Məhkəməsi Trabzon şəhərindəki katolik kilsəsinin rahibi Andrea Santorunu öldürən Oğuzxan Akdin haqqında verilmiş həbs cəzasını qüvvədə saxlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Trabzon Ağır Cəza Məhkəməsinin çıxardığı 18 il 10 aylıq azadlıqdan məhrumetmə cəzası təsdiqlənib. Ancaq O. Akdin mövcud qanunvericilikdən yararlanaraq 8,5 ildən sonra azadlığa çıxacaq. Onun atası Hikmət Akdin isə bundan məmnun deyil: "Oğlum mollanı vursaydı, üç il sonra azadlığa çıxardı. Keşişin üstünlüyü nədir ki? Oğlum öz əməlindən peşmandır, "qəza oldu" deyir. Keşişin anası və bacısı oğlumu əfv etdiyi halda dövlətimiz niyə əfv etmir?"
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Oktyabrın 4-də axşam prezident Corc Buş ABŞ-dakı müsəlman icmalarının liderlərini və bəzi ölkələrin səfirlərini Ramazan ayı münasibətilə iftar süfrəsinə dəvət edib. 90 nəfərlik qonaqlıqda süfrəyə balqabaq şorbası, quzu əti qızartması və paxlava verilib. "www.islam.com.az" saytı İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, qonaqları salamlayan Buş nümunəvi müsəlmanlarla ekstremist müsəlmanların bir-birindən fərqləndiyini deyib: "Bizim dünya indi qəddar ekstremistələrlə müharibə həddindədir. Çünki onlar bizim cəmiyyətin əsaslarını dağıtmağa cəhd edir, azadlıq hərəkatının müsəlman ölkələrində irəliləməsinə mane olmaq istəyir".
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Maşa Alalıkina:"İnanmazdım ki, cənnətin qoxusunu həyatda da hiss etmək olar"
Rusiya telekanallarının birində nümayiş etdirilən "Fabrika Zvezd" müsabiqəsinin iştirakçılarından biri Maşa Alalıkina İslam dinini qəbul edib. Qəzetlərin birinə verdiyi müsahibəsində Maşa İslamı 2 il əvvəl həyat yoldaşının ardınca qəbul etdiyini söyləyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
|
|
2058 səhifədən 2057 << < 2053 2054 2055 2056 2057 2058 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|