Corc Buş "Amerika dost qəbul etdiyi müsəlmanlara fəxr edir" deyib
ABŞ prezidenti Corc Buş Ramazan ayı münasibəti ilə Ağ Evdə 90 nəfərə iftar yeməyi verib. Ağ Evdə 7-ci dəfə verilən ənənəvi iftar yeməyində xarici işlər naziri Kondaliza Rayz, prezidentin müşaviri Dik Çeyni, müsəlman liderlər və səfirlər iştrak edib.
Buş iftar yeməyindəki çıxışında ABŞ-ın İraq, Əfqanıstan və Livanda azadlıq istəyən və çətinliklərə məruz qalmış müsəlmanlara dəstək verdiyini bildirib. Bundan başqa, Buş bildirib ki, zorakılığa inanan bəzi radikal qruplar islam dinini təmsil etmir. Buş "Siz müsəlmanları təmsil etmirsiniz və məqsədinizə çatmayacaqsınız",– deyə səslənib.
Daha sonra ABŞ prezidenti "ABŞ vətəndaşı olan milyonlarla müsəlmanı təbrik edirəm. Amerkanın dost qəbul etdiyi müsəlman qruplarla fəxr edirik" deyib. İftar duasını isə ABŞ hərbi dəniz donanmasından Əbu Hena Sefulislam verib.
Seyfulislam daha sonra Buşa Hz. Məhəmmədin (s.ə.v.) "Ramazan ayında bir orucluya iftar verən, onun alacağı qədər savab alar" hədisini xatırladaraq, "Hörmətli Buş, biz sizə savab qazandıraraq sizi qoruduq" deyib.