"Həyat yoldaşım Lora və mən müqəddəs Ramazan ayı ilə bağlı ən xoş arzularımzı müsəlımanlara çatdırırıq"
ABŞ prezidenti Corc Buş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib. "İslam dininin ən müqəddəs ayı olan Ramazan Quranın Məhəmməd peyğəmbərə vəhy olunduğu ayıdır. İbadət edən müsəlmanlar tutduqları oruc və qıldıqları namazla Allah qarşısında borclarını yerinə yetirirlər. Ramazan həmçinin müsəlmanların ailə və ictimai əlaqələrini gücləndirmək və ehtiyacı olanlarla Allahın verdiyi nemətləri bölüşmək imkanı verir. Amerika öz torpağında çoxsaylı dinləri cəmləşdirib. Bizim müsəlman vətəndaşlarımız cəmiyyətimizi zənginləşdirir. Ramazan ayının müqəddəs günləri bizə də şəfqətli olsun və başqaları üçün xeyirxah işlər görməyi yadımıza salsın. Həyat yoldaşım Lora və mən müqəddəs Ramazan ayı ilə bağlı ən xoş arzularımzı müsəlımanlara çatdırırıq. Ramazan bayramınız mübariək!" – deyərək ABŞ prezidenti Corc Buş təbrikini başa vurub.