Tahir Yoldaşov Əfqanıstanın şərqində Amerika hərbi qüvvələrinin açdığı atəş nəticəsində ölüb
Amerika hərbi qüvvələrinin açdığı atəş nəticəsində Əfqanıstanın şərqində Özbək İslam Hərəkatının 16 üzvi ölüb. Ölənlərin sırasında hərakatın lideri Tahir Yoldaşovda olub. Liderin ölümü haqqında məlumatı Paktika əyalətinin polis rəisi Can Mullaxailya verib.
Qeyd edək ki, ötən ilin mart ayında Tahir Yoldaşovun Əfqanıstan-Pakistan sərhəddində tutulması haqqında məlumat yayılsa da, sonradan xəbər yalan çıxmışdı.
Xatırladaq ki, bir sıra dövlətlərin terrorist qruplaşma kimi tanıdığı Özbəkistan İslam Hərəkatı təşkilatı 1990-cı illərin ortalarında yaradılıb. Təşkilatın məqsədi Fərqan rayonunuda İslam dövləti yaratmaq olub. Özbəkistan hökümətində təyziqlərlə üzləşəndən sonra hərakatın üzvlərinin çoxu Əfqanıstana emiqrasiya ediblər.
Hərakatın lideri Tahir Yoldaşov Əfqanıstanda ən çox axtarılan döyüşçülər sırasında olub. Onun tutulması üçün Amerika hərbi komandanlığı 200 min dollar dəyərində mükafatda təsisi etmişdi.