Sərgidə "Quran"ın xəttat üsulu ilə işlənmiş nümunələri nümayiş etdirilir
Rusiyada ilk dəfə olaraq Çeçenistan Respublikasının milli muzeyində "Quran"ların sərgisi keçirilir. Sərgidə "Quran"ın xəttat üsulu ilə işlənmiş gözəl nümunələri, həmçinin "Quran"ı öyrənmə üsulları üzrə xüsusi proqramm təminatları nümayiş olunur.
İşlərin müəllifi Qulamrza Rahpeymidir. Onun işləri əvvəllər İranın və başqa ölkələrin 30-dan artıq sərgisində nümayiş etdirilib.
Sərgi İranın Rusiyadakı səfiri Qulamrza Ənsarinin təşəbbüsü ilə keçirilir.