Müsabiqəyə Rusiya, Qazaxıstan, Tacikistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və başqa ölkələrdən olan 100-dən çox iştirakçı qatılıb
Moskvanın cümə məscidində beynəlxalq Quran hafizləri müsabiqəsi başlayıb. Müqəddəs Qurani-Kərimi ən yaxşı oxuyan titulu uğrunda yarışa 100-dən çox iştirakçı qatılıb.
"Moskva müsabiqəsində Rusiya, Qazaxıstan, Tacikistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və başqa ölkələrin təmsilçiləri iştirak edirlər",- deyə Rusiya Federasiyasının Avropa hissəsi müsəlmanlarının ruhani idarəsinin başçısı Arslan Sadriyev bildirib.
Onun sözlərinə görə, iki günlük müsabiqədə bir neçə nominasiya üzrə qaliblər müəyyən ediləcək. Ən prestijli nominasiya Quranın tam mətnini əzbərdən söyləməkdir.
Bundan başqa münsiflər heyəti ən yaxşı iştirakçılar üçün pul mükafatı da nəzərdə tutur. Tədbirin sonunda qonaqlar Moskvanın müsəlman məbədlərinə və görməli yerlərinə gedəcəklər.