Nyu Yorkun Long Island bölgəsində marketə hücum edən silahlını kassaçı işləyən gənc hicablı türk qızı balta ilə qovdu.
İslam-Azeri-nin Yeni Şəfəq qəzetinə istinadlı xəbərinə görə Nyu Yorkun Long Island bölgəsində marketə hücum edən silahlını kassaçı işləyən gənc hicablı türk qızı Hafizə Şahin balta ilə qovdu.
Bundan sonra bölgə KİV-ləri bu barədə məlumatlar yaydılar.
"New York Post", "New York Daily News" və "Newsday" qəzetləri bu barədə yazaraq gənc hicablı türk qızının qəhrəmanlığndan yazıb.
Maskalı silahlı oğru qızı hədələyərək kssada olan pulları tələb etmiş,qız isə masanın altındakı baltanı götürərək oğrunu qovub.
160 sm boyu 45 kq çəkisi olan bu qızın qəhrəmanlığı Amerika xalqını çox təəccübləndirib. Marketin video kamerası da bu hadisəni diskə köçürülməsi hadisənin sübutu kimi önə çəkilir.