Amerika Birləşmiş Ştatları Fələstin hökumətinə 400 milyon dollar məbləğində maddi yardım göstərmək niyyətindədir. İsrailin Fələstinə qarşı tətbiq etdiyi qadağalar isə Avropa İttifaqı və BMT-nin tənqidinə səbəb olub.
BMT və Avropa İttifaqı israilin fələstinə qarşı tətbiq etdiyi yanacaq sanksiyasını pisləyib. İsrailin qadağalarının təkcə həmas döyüşçülərinə deyil, ümumilikdə qəzza bölgəsinin bütün əhalisinə təsir etdiyini deyən bmt-nin baş katibi pan qi mun sanksiyalarla bağlı narahatlığını bildirib. Avropa ittifaqı da israilin ərazisinin raket atəşinə tutulması müqabilində tətbiq etdiyi qadağaları tənqid edib. qadağalara münasibət bildirməyən amerika birləşmiş ştatları isə fələstin hökumətinə maddi yardım göstərmək niyyətindədir. Ağ ev rəhbəri corc buş konqresə müraciət edərək fələstin üçün 400 milyon dollar vəsait istəyəcəyini açıqlayıb.