POPULYARXƏBƏRLƏR

Belçikada baş örtüyü ilə bağlı qadağa Dövlət Şurasından geri qaytarıldı

Belçikada Dövlət Şurası tarixi sayılacaq qərarla baş örtüyü qadağası qoyma səlahiyyətinin məktəblərə aid olmadığına hökm verdi. Dövlət Şurasının 12-ci dairəsi ötən il Brüsseldə baş örtüyünə görə məktəbdən uzaqlaşdırılmış din dərsi keçən müəllimin şikayət ərizəsini müzakirə edərək, baş örtüyünü çıxarmaq istəməyən müəllimin haqlı olduğuna qərar verdi. Qərar digər şəhərlərdə həmin vəziyyətdə olan müəllimlər üçün nümunə olduğu halda, dini azadlıqla dövlətin tərəfsizlik prinsipi arasında mövcud mübahisələrin yenidən alovlanmasına səbəb oldu.

Avropadakı sadiq oxucularının www.islam.com.az saytına verdikləri xəbərə görə, Belçika Dövlət Şurası Brüsselin Sint-Piters-Voluv bələdiyyəsindəki dövlət ibtidai məktəbinin 2005-ci il qəbul edilmiş baş örtüyünü qadağan edən qərarını xətm etdi. Həmin qərarda məktəblərə dini rəmzlərin daxil olmasına icazənin verilməsinin məktəblərin səlahiyyətinə daxil olmadığı deyilir. Belə ki, 2005-ci ildə həmin məktəbdə işləyən başı örtüklü iki din müəlliminin baş örtüklərini çıxarmaq istəməmələri səbəbilə 2006-cı ilin yanvar ayında fəaliyyətlərinə son qoyulmuşdu. Flamand ictimai idarəsinə şikayət edən iki müəllim həmin qurumun 31 iyul 2006-cı il tarixli qərarı ilə haqsız elan edildikdən sonra, müəllimlərdən biri şikayət ərizəsini Dövlət Şurasına təqdim etdi. Dövlət Şurasının 12-ci dairəsinin qəbul etdiyi bir gün əvvəlki qərarı Belçikada bir çox qurumlara böyük təsir edəcək tərzdə həyata keçirildi. Ali Hakimlər Kollegiyası məktəblərdə baş örtüyünü qadağan etmək səlahiyyətinin məktəblərə aid olmadığı, bu səlahiyyətin yalnız Flamand və Vallon cəmiyyətində dövlət məktəblərinin tabe olduğu Ali Təhsil Şurasına aid olduğu haqqında hökm çıxardı. Hüquqi dairələr ölkədə baş örtüyü mövzusunun yenidən aktual olduğu bir halda Dövlət Şurasının belə bir qərar qəbul etməsini ali hakimlərin əslində baş örtüyü probleminin federal səviyyədə nəzərə alınmasının zəruri olduğuna işarə etdiklərini bildirirlər. Konstitusiya ilə təmin edilən din və etiqad azadlığı prinsipinin icraatı ilə ictimai vəzifə tutanların tərəfsiz olma şərtinin təcrübədə reallaşmasının bəzən bir-biri ilə ziddiyyət təşkil etməsinə nəzərlərini yönəldən mütəxəssislər dövlətin indiyə qədər çox həssas olan baş örtüyü kimi bir məsələnin müzakirəsini yerli idarələrə həvalə edərək, müəyyən formada işin içindən çıxdıqlarına görə tənqid edirlər.

Dövlət Şurasının qərarını qiymətləndirən türk vəkilləri qərarın çox əhəmiyyətli olduğunu, lakin bunun məktəblərdə baş örtüyünə sərbəstlik verilməsi mənasına gəlmədiyini vurğulayırlar. Hüquqşünaslar Dövlət Şurasının qərarı ilə artıq məktəblərin öz təşəbbüsləri ilə əldə etdikləri baş örtüyü qadağası haqqında hökmün qüvvəsini itirdiyini, ikicəmiyyətli Belçikada ictimai idarələrdə Ali Təhsil Şuraları tərəfindən yalnız bununla bağlı qəbul edilən qərarın bütün məktəblərdə icra ediləcəyini ehtimal edirlər.



Yerləşdirilib:29 Oktyabr, 2007  06:52, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com