Səudiyyə Ərəbistanı kralının rəsmi dəvəti ilə Həccə gedən İran prezidenti Mahmud Əhmədinejad Peyğəmbər Məscidini ziyarət edərkən ağlayıb. Müxtəlif ölkələrdən olan hacılar M. Əhmədinejada böyük maraq göstərib.
Səudiyyə Ərəbistanı rəsmilərinin müşayiət etdiyi İran prezidenti dua oxunarkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, İran-İraq müharibəsi zamanı Səudiyyə Ərəbistanı Səddam Hüseyni dəstəklədiyi üçün İranla bu ölkənin münasibətlər uzun müddət soyuq olub. M. Əhmədinejadın Həccə dəvət olunması iki ölkə münasibətlərinin düzəldiyinə işarədir. M. Əhmədinejad Həccə gedən ilk İran prezidentidir.