Katolik kilsəsinin rəhbəri Allahsızlığın ən pis forması olan satanizmin geniş yayılmasından narahatdır
Roma Papası 16-cı Benedikt Vatikanda yepiskoplara əmr edib ki, şeytana qarşı mübarizə aparmaq üçün xüsusi ekzorsistlər dəstəsi yaratsınlar. Bu barədə "The Daily Mail" qəzeti Vatikana istinadən yazıb. Bildirilir ki, Vatikan allahsızlığın ən pis forması olan satanizmin son vaxtlar yayılmasından narahatdır.
Bu səbəbdən Roma Papası keşişlərə şeytanı insanın qəlbindən qovmağın yollarını öyrətmək tapşırığı verib. Vatikanda ekzorsistlərin rəhbəri, 82 yaşlı keşiş Qabriel Amort deyib ki, nəhayət, şeytanla əsl mübarizə aparmağa hazır olan papa tapılıb. O deyib ki, yepiskopların çoxu öz keşişlərini şeytanla mübarizə aparmağa göndərmir, bu səbəbdən şeytanı qovmaq üçün yaxşı mütəxəssis azdır.