Hindistanın Orista ştatında xristian azlıqla hindus çoxluq arasında toqquşma olub. Hinduislər tərəfindən altı xristian kilsəsi yandırılıb və bir adam həlak olub. Yerdən gələn müəmmalı xəbərlərə görə, hadisəni xristianlar başlayıblar. Onların 80 yaşlı Lahmanandra Saravatiyə hücum etdiyi bildirilir.
Saravati Vişva Hindu Parişad təşkilatına başçılıq edir. Təşkilat hinduların xristianlığa cəlb edilməsinə qarşı çıxış edir. Hinduislərin verdiyi məlumata görə, təşkilat üzvləri Sarvatini müdafiə etmək istəyiblər. Nəticədə xristianlar onu balta ilə öldürüblər.
Ancaq Nyu Dehli katolik yepiskoplar birliyinin verdiyi məlumata görə, qarışıqlığın səbəbkarları hinduislərdir. Verilən məlumata görə, hinduislər xristianlardan milad şənliklərini keçirməməyi tələb ediblər və bildiriblər ki, hindləri xristianlığa cəlb etməklə katoliklər ölkədəki ənənəvi kasta sistemini dağıtmaq istəyirlər.