 | POPULYARXƏBƏRLƏR |




|
Azərbaycanlı zəvvarların Həcc ziyarəti uğurla başa çatıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun verdiyi məlumata görə, hazırda idarədə Həcc ziyarətinin yekunları müzakirə olunur.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Yanvar, 2008
|
Övlad tərbiyə etmək, onun qayğısına qalmaq ciddi məsuliyyət, böyük səbir və dözüm tələb etsə də, ailə qurmuş hər bir kəs Allahın bu şirin nemətinə sahib olub, o gözəl duyğuları yaşamaq arzusundadır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, insanlar xaraktercə fərqli olsalar da, valideyn olduqdan sonra onların xasiyyətlərində bir çox oxşarlıqlara rast gəlmək mümkündür. Bu müqəddəs vəzifəyə sahib olmaq üçün göz yaşı töküb, gecəsini-gündüzünü dualarla keçirən şəxslərdən fərqli olaraq, əfsuslar olsun ki, bu gözəl duyğuların dəyərini dərindən dərk etməyib, körpəsini elə bətnindəcə məhv edənlər də az deyil. Psixoloqların dediyinə görə, abort zamanı körpələr böyük gərginlik hissi keçirir, hətta məhv olmamaq üçün ana bətnində bir güncə çəkilirlər. Nədir onların günahı? O balaca mələklər deyilmi qədəmləri ilə ailəsinə bir dünya sevinc, təravət, yeni bir xoşbəxtlik, sevgi, nur, uğur və ruzi-bərəkət gətirən? Bəzən dağılmaqda olan bir ailəni körpə qığıltısı xilas edir. Onların məsum baxışları anlaşa bilməyən ər-arvad arasında yeni bir məhəbbət yaradır. Gülüşləri ilə valideynlərinə yaşam gücü verir, onları cavanlaşdırır.
Ətraflı| Şərhlər: 0 | Дата: 6 Yanvar, 2008
|
Azərbaycan prezidenti İlham Əliyev ölkənin pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Ölkə başçısı dünyada tolerantlıq örnəyi kimi tanınan müstəqil Azərbaycanın bütün vətəndaşlarının dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına, o cümlədən vicdan azadlığına malik olduqlarını vurğulayıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Yanvar, 2008
|
"Mənim fikrimcə, hicabla bağlı məsələ təhsil müəssisələrinin nizamnaməsi çərçivəsində həll olunmalıdır". Bunu Azərbaycan Milli Məclisinin Elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev parlamentdə müzakirə edilən "Təhsil haqqında" qanun layihəsindən 11.1.8-ci (Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir) maddənin çıxarılması barədə irəli sürülən təklifə münasibət bildirərkən deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Dekabr, 2007
|
Azərbaycan Milli Məclisinin bugünkü iclasında "Təhsil haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə haqqında danışan Milli Məclisin Elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib ki, bu layihə Azərbaycanda təhsil sahəsinə aid çərçivə qanunu sayılacaq.
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Dekabr, 2007
|
Milli Məclisin bugünki iclasında deputatlar "Təhsil haqqında" qanun layihəsini müzakirə ediblər. Milli Məclisin sədri Oqtay Əsədov hicabla bağlı məsələyə münasibət bildirərkən deyib ki, hicabın qadağan olunmasını qanuna daxil etmək lazım deyil.
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Dekabr, 2007
|
Hazırda Milli Məclisin müzakirəsinə verilmiş "Təhsil haqqında" qanunun "Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər" adlı 11-ci maddəsinin 1.8-ci bəndində deyilir: "Azərbaycan Respublikasında bütün təhsil müəssisələrinə təhsilaalanların, təhsilverənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir".
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Dekabr, 2007
|
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb. Bu barədə azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan birinci avtobus karvanının qrup rəhbərlərindən olan Hacı Qəni Axundov məlumat verib.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Dekabr, 2007
|
Bir qrup tanınmış siyasətçi, politoloq, hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı nümayəndəsi və jurnalist Milli Məclisin deputatlarına "Təhsil haqqında" qanun layihəsində dini etiqad və vicdan azadlığını pozan müddəa ilə bağlı müraciət edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Dekabr, 2007
|
"Hicab taxmaq və ya taxmamaq hər kəsin fərdi seçimidir". Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Təhsil haqqında" qanun layihəsində təhsil müəssisələrinə müəllim və şagirdlərin hicabla gəlməsinə qadağa qoyulmasına münasibət bildirərkən deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Dekabr, 2007
|
|
|
777 səhifədən 752 << < 748 749 750 751 752 753 754 755 756 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|