Azərbaycandakı yəhudi təşkilatları yerləşdikləri ərazilərin mühafizəsinin gücləndirilməsi xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirlikdən onu da bildiriblər ki, artıq müraciətə müsbət cavab verilərək, təhlükəsizliyin gücləndirilməsi barədə zəruri tədbirlər görülüb.