POPULYARXƏBƏRLƏR

İctimaiyyət nümayəndələrinin təhsil ocaqlarina dini geyimdə girişin qadağan olunmasi ilə bağli deputatlara müraciəti

Bir qrup tanınmış siyasətçi, politoloq, hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı nümayəndəsi və jurnalist Milli Məclisin deputatlarına "Təhsil haqqında" qanun layihəsində dini etiqad və vicdan azadlığını pozan müddəa ilə bağlı müraciət edib.

Müraciətdə qeyd edilir ki, "Təhsil haqqında" qanunun 11-ci maddəsinin 1.8 bəndində "Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsialanların, təhsilverənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir" kimi insan haqlarına zidd olan bir müddəa yer alıb.

Müraciət müəllifləri deputatların diqqətinə çatdırırlar ki, bu müddəa konstitusiyanın dini etiqad azadlığını təmin edən prinsipləri ilə, habelə Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlərin dini etiqad və vicdan azadlığı, o cümlədən bu etiqadın ayrılmaz hissəsi olaraq baş örtüyünə olan hüququ təmin edən tələblərlə daban-daban ziddir: "Nəzərinizə çatdırırıq ki, qanunun bu bəndlə qəbulu bütöv bir vətəndaş kəsiminin ən ümdə insan haqlarından – təhsil almaq, dini etiqadına uyğun görünüşə malik olmaq kimi bəşəri hüquqlardan məhrum edilməsi demək olardı. Belə bir qanun qəbul olunarsa, ölkə parlamenti Azərbaycanı insan haqlarının pozulması baxımından misli görülməmiş bir geriləməyə məruz qoyacaq.

Biz hörmətli deputatların nəzərinə çatdırırıq ki, əqidə ilə bağlı qadağanı təsbit edən belə bir müddəanın qanuni qüvvəyə minməsi inanclı insanların marginallaşmasına gətirib çıxara, müxtəlif spekulyantların insanların dini hisslərilə möhtəkirlik etməsinə imkan yaradan bir amil olaraq dini zəmində ekstremizmə rəvac verən güclü impuls verə bilər.

Biz inanırıq və ümid edirik ki, sağlam düşüncə qalib gələcək və bu müddəa bir anlaşılmazlıq olaraq aradan götürüləcək. Biz bu müddəanın qanun layihəsindən çıxarılması, inanclı insanların hüquqlarının qorunması xahişi ilə sizə müraciət edirik".

Müraciəti imzalayanlar:

Akif İslamzadə
Arif Əliyev
Arzu Abdullayeva
Çingiz Sultansoy
Elçin Behbudov
Eldar Namazov
Eldəniz Quliyev
Əli Abbasov
Əli Əliyev
Əli Kərimli
Ərəstun Oruclu
Erkin Qədirli
Fərda Əsədov
Fuad Süleymanov
Hacı İlqar İbrahimoğlu
Hacı Sabir Həsənli
Hikmət Hacızadə
İlqar Həsənli
İntiqam Əliyev
İradə Bağırova
İradə Cavadova
İsa Qəmbər
Kamil Vəli Nəriman oğlu
Leyla Yunus
Məhərrəm Zülfüqarlı
Mehman Əliyev
Mirvari Qəhrəmanlı
Murad Sadəddinov
Niyazi Mehdi
Novella Cəfəroğlu
Qubad Bayramov
Rasim Musabəyov
Rauf Arifoğlu
Rauf Mirqədirov
Rəhman Bədəlov
Rəna Sadəddinova
Rəşad Hüseynli
Rəşid Hacılı
Sabit Bağırov
Şahvələd Çobanoğlu
Samir İsayev
Səadət Bənənyarlı
Səidə Qocamanlı
Sərdar Cəlaloğlu
Seyid Camal
Toğrul Cuvarlı
Vahid Qazi
Yaşar Zeynalov
Zamin Hacı
Zəfər Quliyev
Zərdüşt Əlizadə



Yerləşdirilib:28 Dekabr, 2007  01:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com