POPULYARXƏBƏRLƏR

Uşaqları sevin, onlara mərhəmət göstərin

Övlad tərbiyə etmək, onun qayğısına qalmaq ciddi məsuliyyət, böyük səbir və dözüm tələb etsə də, ailə qurmuş hər bir kəs Allahın bu şirin nemətinə sahib olub, o gözəl duyğuları yaşamaq arzusundadır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, insanlar xaraktercə fərqli olsalar da, valideyn olduqdan sonra onların xasiyyətlərində bir çox oxşarlıqlara rast gəlmək mümkündür. Bu müqəddəs vəzifəyə sahib olmaq üçün göz yaşı töküb, gecəsini-gündüzünü dualarla keçirən şəxslərdən fərqli olaraq, əfsuslar olsun ki, bu gözəl duyğuların dəyərini dərindən dərk etməyib, körpəsini elə bətnindəcə məhv edənlər də az deyil. Psixoloqların dediyinə görə, abort zamanı körpələr böyük gərginlik hissi keçirir, hətta məhv olmamaq üçün ana bətnində bir güncə çəkilirlər. Nədir onların günahı? O balaca mələklər deyilmi qədəmləri ilə ailəsinə bir dünya sevinc, təravət, yeni bir xoşbəxtlik, sevgi, nur, uğur və ruzi-bərəkət gətirən? Bəzən dağılmaqda olan bir ailəni körpə qığıltısı xilas edir. Onların məsum baxışları anlaşa bilməyən ər-arvad arasında yeni bir məhəbbət yaradır. Gülüşləri ilə valideynlərinə yaşam gücü verir, onları cavanlaşdırır.

Sizcə, bətnindəcə körpəsinə həyəcan yaşadan bir şəxsə "Ana" deməyin özü günah deyilmi? Belə bir deyim var: "Hər qadın övlad dünyaya gətirə bilər, lakin hər qadın ana ola bilməz". Ana olmaq üçün o acılı-şirinli anları yaşamaq, yuxusuz, səksəkəli gecələr keçirmək, övladı üçün min bir əzab-əziyyətə sinə gərmək şərtdir. Dünyada ən bağışlanmaz günah və ən böyük cinayət övlad qatili olmaqdır. Heç bir səbəb insana bətnindəki körpəsini məhv etməsi üçün bəraət qazandıra bilməz. Kasıblıq belə. Çünki Allah-Təala Ənam sürəsinin 151-ci ayəsində Rəsuluna buyurur:

"(Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk..."

Bəzi ailələr bunun günah olduğunu anlasalar da, bu addımlarını ya maddi durumları, ya da körpənin cinsiyyəti ilə əlaqələndirirlər. Baxmayaraq ki, İslamın aləminin yüksək sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq, hələ də cahiliyyət dövründə olduğu kimi qız övladı istəməyən valideynlər (xüsusən "ata"lar) də az deyil.

Halbuki dinimiz qız övladlarına oğlanlardan daha çox sevgi, məhəbbət göstərməyi, oğlanları qızlardan üstün hesab etməməyi tövsiyə edir. Hətta rəvayətə görə, Allahın sevimli Rəsulunun (s) xanımı Həzrəti Xədiceyi-Kübra (ə) hamilə olarkən Muhəmməd (s) hər gün Hira dağına gedib ibadət edər və Allahdan ona əməlisaleh bir övlad nəsib etməsini diləyərmiş. Bir gün Cəbrayıl (ə) Allahın salamını peyğəmbərə (s) çatdırdıqdan sonra ona behiştdən gətirdiyi almanı verir. Peyğəmbər (s) almanı sinəsinə sıxır. İki yerə bölünən almadan nur saçır və bu an Cəbrayıl (ə) buyurur: "Ya Rəsulullah, bu nur bir xanımdır ki, onun göylərdəki adı Mənsurə, yerdəki adı isə Fatimədir".

Odur ki, heç bir ata qızı olduğu üçün utanmamalı, bunu özünə rüsvayçılıq bilməməlidir. Tam əksinə, sevinməli və şükür etməlidir. Çünki qızını gözəl şəkildə (dini adətlərə uyğun, əxlaqlı) tərbiyə edən ata, inşallah, cənnəti qazanar. İmam Sadiq (ə) hədislərinin birində buyurur: "Qızlar həsənə, oğlanlar isə nemətdir. Həsənələrə görə savab verilər, nemətlərə görə isə sorğu-sual olunar".

Oğlan uşaqlarına nisbətən qızlar həssas və kövrək olduqları üçün onların daha çox nəvazişə ehtiyacları vardır. Düzdür, dinimiz övladlar arasında fərq, imtiyaz qoymağın əleyhinədir, əsas odur ki, sağlam olsun. Sevimli imamımız Əli ibn Hüseyn (ə) dünyaya yeni körpənin gəldiyini eşitdikdə ilk olaraq onun sağlam olub-olmadığını soruşarmış.

Çiçək ətirli cənnət sakinlərinin dünyaya gəldiyi tarix ailəsi üçün ənənəvi bayrama çevrilir. Uşaqlara böyük sevgi bəsləyən dinimiz hər bir valideynə övladı doğulduğu gündən bəzi əməlləri yerinə yetirməyi vacib buyurub. İzninizlə onların bəzilərini nəzərdən keçirək:

Allah hansısa bəndəsinə övlad əta edirsə, müstəhəbdir ki, o şəxs imkan daxilində şükür əlaməti olaraq bu nemətin müqabilində yaxınlarına qonaqlıq, ehsan versin. Bundan əlavə körpə dünyaya gələrkən mütləq qüsullanmalı və peyğəmbərimiz (s) buyurduğu kimi onun təvəllüdünün yeddinci günündə sağ qulağına azan, sol qulağına isə iqamə oxunmalıdır. Müqəddəs hədisə görə, bu əməl şeytanı uşaqdan uzaqlaşdırar. Dinimizin digər şərtlərindən biri də budur ki, yeni dünyaya gəlmiş körpənin təvəllüdünün yeddinci günü onun saçı qırxmalı və həmin tüklərin çəkisi qədərində qızıl (və ya gümüş) fəqirlərə sədəqə verilməlidir. Övladın sağlam olması üçün qurbanlıq, oğlan uşaqlarının paklığı üçün isə sünnət vacib hesab edilir. Şəriətimizə əsasən, qız uşaqlarının qulaqları deşdirilməlidir. Günümüzdə də Peyğəmbərimizin (s) sünnəsi sayılan bu əməl əvvəllər oğlanlara da şamil edilirdi. Hətta Peyğəmbərimiz (s), sevimli qızı Həzrəti Fatiməyə (ə) göstəriş veribmiş ki, Həsən (ə) və Hüseynin (ə) də qulaqlarını deşdirsin.

Ata-ananın digər məsuliyyətli vəzifələrindən biri də körpəsinə münasib, gözəl ad seçməsidir. Övlada ad qoymaq valideynin malik olduğu təfəkkür tərzinin göstəricisidir. Ana-ata (qohumlar) körpəyə ad seçərkən son dərəcədə diqqətli olmalıdırlar ki, o, bu ada görə gələcəkdə utanmasın, yaşıdları tərəfindən məsxərəyə qoyulmasın. Əgər valideyn uşağa ad seçərkən bu adın mənasının dərinliyinə fikir verməsə, gələcəkdə yaranacaq hansısa bir xoşagəlməzlik üçün valideyn cavabdehdir. Yaxşı olar ki, İslam şəriətinin buyurduğu kimi uşaq dünyaya gəlməmişdən artıq ona ad seçilsin. Dinimizə görə övladlarınıza Peyğəmbərimizin (s), onun əzizlərinin (Fatimeyi Zəhra (ə), Xədicə (ə), Zeynəb (ə) və s.), imamlarımızın (ə) adları ilə yanaşı, Əbdürrəhman, Əbdürrəhim, Abdullah kimi mübarək adlar qoymağınız məsləhətdir.

Valideyn heç vaxt övladları arasında ayrıseçkilik etməməlidir. Əks təqdirdə, onların bu hərəkəti uşaqları arasında kin, həsəd, paxıllıq kimi hisslərin oyanmasına şərait yaradar. Əgər kiçik yaşlarında uşaqlarınız arasında fərq qoysanız, onlar arasında yaranacaq rəqabət mütləq yetkinlik yaş dövründə özünü büruzə verəcək və böyük ehtimala əsasən, bu ayrıseçkilik düşmənçiliklə nəticələnəcəkdir. Hər bir övlad valideyninin nəvazişindən faydalanmaq hüququna sahibdir. Bu qanunu pozmaq valideynin ən böyük səhvi olar. İslam dünyasının Peyğəmbəri (s) nəinki övladları, hətta küçədə rastlaşdığı uşaqlar arasında belə fərq qoymaz, onlara ilk olaraq özü salam verər, saçlarını oxşar, məhəbbət göstərərmiş. O, bir hədisində belə buyurur:

"Uşaqlara salam verməyi ölənədək tərk etməyəcəyəm ki, bu əməl məndən sonra sünnə şəklini alsın".

Başqa bir hədisdə isə belə buyurulur:

"Övladlarınız arasında ədalətə riayət edin. Necə ki, lütf və yaxşılıq barəsində onların sizin aranızda ədalətə riayət etməsini istəyirsiniz".

Burada bir rəvayəti diqqətinizə ərz etmək istərdim. Belə ki, bir gün Peyğəmbərimizin (s) sevimli nəvələri Həsən (ə) və Hüseyn (ə) gələrək ondan "Hansımız daha güclüyük?" deyə soruşurlar. İstəkli nəvələrinin arasında heç vaxt fərq qoymayan və onların heç birinin qəlbini qırmaq istəməyən Rəsulullah (s) bu məsüliyyətli cavabı atalarından almağı onlara məsləhət görür. İslam peyğəmbərinə ilk iman gətirən Həzrəti Əli (ə) də övladlarının xətrinə dəyməmək üçün bu sualın cavabını analarından almağı tövsiyə edir. Cənnət qadınlarının seyyidəsi xanım Fatimə (ə) bir qədər düşündükdən sonra deyir:

"Mən indi yerə şəkər tökəcəyəm, kim ondan daha çox yığsa, o, daha güclüdür".

Bu zaman mərhəmətli Allah Cəbrayıla əmr verir ki, şəkəri bərabər paylaşdırsın. Beləliklə qardaşlar arasında fərq qoyulmur.

Ümid edirik ki, İslama rəğbət bəsləyən və körpəsini sevən əsl valideyn övladına şəriətimizin buyurduğu münasib adları vermək, onlara bərabər sevgi bəsləmək və onları yüksək insani keyfiyyətlərə sahib olan bir mömin olmağa həvəsləndirməklə Peyğəmbərimiz (s) və onun sevimli Əhli-Beytinin (ə) sünnəsini qoruyacaq və İslamı olduğu kimi gələcək nəsilə ötürəcəkdir.


Sevda Babayeva



Yerləşdirilib:6 Yanvar, 2008  22:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com