Azərbaycanlı zəvvarların Həcc ziyarəti uğurla başa çatıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun verdiyi məlumata görə, hazırda idarədə Həcc ziyarətinin yekunları müzakirə olunur.
Şöbə müdiri Həcc ziyarətinin həyata keçirilməsi zamanı elə bir ciddi problem yaranmadığını deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Həccin yekunları ilə bağlı QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin yanında iclas keçiriləcək. Onun sözlərinə görə, ziyarət zamanı üç azərbaycanlı zəvvar öz əcəli ilə dünyasını dəyişib. Bunlar Zaqatala sakini Yusif Nurayev, Zəngilan sakini Ramazan Hacıyev və Zəhra Hüseynovadır.