POPULYARXƏBƏRLƏR

Azərbaycanın "Təhsil haqqında" qanun layihəsindən hicabla bağlı maddənin çıxarılması istiqamətində müzakirələr gedir

Azərbaycan Milli Məclisinin bugünkü iclasında "Təhsil haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə haqqında danışan Milli Məclisin Elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib ki, bu layihə Azərbaycanda təhsil sahəsinə aid çərçivə qanunu sayılacaq.

Bundan başqa, təhsillə bağlı daha 10-12 qanunun qəbulu nəzərdə tutulub. İndiyədək Azərbaycanda onlarla qanunsuz ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini deyən komissiya sədri yeni qanunla belə halların qarşısının alınacağını bildirib. Milli Məclisin sədri Oqtay Əsədov uzun çıxış etməsini əsas gətirərək Ş. Hacıyevin sözünü kəsib və bundan sonra müzakirələr başlayıb. Layihənin qəbulunu Dağlıq Qarabağ problemi ilə müqayisə edən millət vəkili Zahid Oruc bildirib ki, Dağlıq Qarabağ probleminin həllinə qanunun qəbul olunmasından daha çox inanır. Layihədə nəzərdə tutulmuş 11.1.8-ci (Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir" maddəyə toxunan deputat deyib ki, bu maddə qanun layihəsindən çıxarılmalıdır. Təhsildə ciddi islahatların aparıldığını qeyd edən millət vəkili Cəmil Həsənli bu sahədə çatışmazlıqların olduğunu da vurğulayıb. Əsas diqqəti korrupsiyaya yönəldən millət vəkilinin sözlərinə görə, Azərbaycanın təhsil müəssisələrində rüşvətxorluq halları var. O, təhsil işçilərinin maaşlarının artırılmasının vacib olduğunu deyib. Millət vəkili Siyavuş Novruzov əvvəlcə hicab məsələsinə toxunub: "Mən tələbələrin, şagirdlərin dərsə hicabla buraxılmasının əleyhinəyəm. Ancaq eyni zamanda bu maddənin qanundan çıxarılmasının tərəfdarıyam. Bu məsələ ali və orta məktəblərin rəhbərliyi səviyyəsində həll olunmalıdır. Qanunda göstərilib ki, orta məktəbi qızıl və gümüş medallarla bitirən şagirdlər ali məktəblərə birbaşa qəbul edilir. Bu çox anormaldır, heç kimin yadından çıxmayıb ki, medallar kimlərə verilirdi. Onu da deyim ki, bu ölkədə elmlər namizədinin, professorların sayı tələbələrdən çoxdur. Bu da düzgün deyil".
Deputatların çıxışına münasibət bildirən O. Əsədov hicabla bağlı maddənin qanundan çıxarılmasının tərəfdarı olduğunu söyləyib. Onun sözlərinə görə, bu məsələni Təhsil Nazirliyi müəyyənləşdirməlidir. Məsələyə kəskin münasibət bildirən Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycana xarici ölkələrindən din adı altında cəhalət idxal olunur. Deputatın fikrincə, maddənin layihədən çıxarılması Azərbaycanda dünyəvi dövlət tərəfdarlarının ən böyük məğlubiyyəti olar: "Uzağa getməyək, dini cəhətdən həssas olan yerlərə nəzər salaq. Məsələn, Nardaran demək olar ki, dövlətin nəzarətindən çıxıb. Azərbaycanın bəzi bölgələrində artıq qızları məktəbə göndərmirlər, 13-14 yaşında ərə verirlər. Təhsildə radikal islahatlar aparılmalıdır, dövlət təhsil müəssisələri özəlləşdirilməlidir".
Vitse-spiker Bahar Muradova bildirib ki, Azərbaycanda təhsilin dünyəvi olduğu qanunlarda göstərilib: "Bu məsələ hələ ki, müzakirə edilir, nəticəsi sonda məlum olacaq. Məncə, liberal dəyərlər qorunmalı, təhsildə ifratçılıq aradan qalxmalıdır".



Yerləşdirilib:29 Dekabr, 2007  10:06, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com