 | POPULYARXƏBƏRLƏR |




|
Nardaran kəndində "Ümumdünya Qüds günü" ilə bağlı mitinq keçirilib. APA-nın məlumatına görə, kənd sakini Əlikram Əliyev Qüds şəhərinin müsəlmanların birinci qibləgahı olduğunu diqqətə çatdırıb və İsraildən bu ərazilərdən çıxmasını tələb edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Prezident İlham Əliyev iftar mərasimində iştirak edib
Oktyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Prezident İlham Əliyev iftar mərasimində iştirak edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Oktyabrın 4-də axşam prezident Corc Buş ABŞ-dakı müsəlman icmalarının liderlərini və bəzi ölkələrin səfirlərini Ramazan ayı münasibətilə iftar süfrəsinə dəvət edib. 90 nəfərlik qonaqlıqda süfrəyə balqabaq şorbası, quzu əti qızartması və paxlava verilib. "www.islam.com.az" saytı İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, qonaqları salamlayan Buş nümunəvi müsəlmanlarla ekstremist müsəlmanların bir-birindən fərqləndiyini deyib: "Bizim dünya indi qəddar ekstremistələrlə müharibə həddindədir. Çünki onlar bizim cəmiyyətin əsaslarını dağıtmağa cəhd edir, azadlıq hərəkatının müsəlman ölkələrində irəliləməsinə mane olmaq istəyir".
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu Azərbaycanın kütləvi informasiya vasitələrinin rəhbərləri üçün iftar süfrəsi açıb. APA-nın məlumatına görə, tədbirdən öncə çıxış edən səfir Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu bildirib: "Ramazan ayı birlik, bərabərlik, qardaşlıq ayıdır. Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin çox yüksək səviyyədə olduğu bir dönəmdə mən də fürsətdən istifadə edərək sizinlə bir araya gəlmək imkanı qazandım. Sizin hər birinizin, o cümlədən bütün Azərbaycan xalqının Ramazan bayramını təbrik edirəm". Türkiyə səfirliyinin təşkil etdiyi mərasimə Azərbaycanın müxtəlif media orqanlarının rəhbərləri qatılıblar.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Azərbaycanda 1000-dən artıq dini icma qanunsuz fəaliyyət göstərir. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat daxil olub. Məlumata görə, həmin dini icmalar qeydiyyat üçün, ümumiyyətlə, Dövlət Komitəsində müraciət etməyiblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Maşa Alalıkina:"İnanmazdım ki, cənnətin qoxusunu həyatda da hiss etmək olar"
Rusiya telekanallarının birində nümayiş etdirilən "Fabrika Zvezd" müsabiqəsinin iştirakçılarından biri Maşa Alalıkina İslam dinini qəbul edib. Qəzetlərin birinə verdiyi müsahibəsində Maşa İslamı 2 il əvvəl həyat yoldaşının ardınca qəbul etdiyini söyləyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
İslam dinini qəbul edərək Fatma adını alan qadın "dəli" deyilərək evdən qovulub
Bolqarıstan Ortadoks kilsəsinin keçmiş idarə heyətinin üzvü Bocidar Cipovun həyat yoldaşı Culiana Cipov İslam dinini qəbul edib. Keçmiş din xadimi Fatma adını seçən həyat yoldaşını müsəlman olduğu üçün evdən qovub.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Oktyabrın 4-də Dillər Universitetinin Amerika Mərkəzində "Amerikada müsəlman həyatı" adlı nəşrin təqdimat mərasimi keçirilib. ABŞ-ın Bakıdakı səfiri Ann Dersi bildirib ki, Dövlət Departamentinin xahişi ilə din mövzusunda çalışan mütəxəssislər tərəfindən hazırlanmış kitab Azərbaycan dilinə tərcümə edilərək çap olunub. Diplomat deyib ki, ABŞ-da milyonlarla müsəlman yaşayır, ölkənin müxtəlif ərazilərində 1200 məscid fəaliyyət göstərir, müsəlmanların öz məktəbləri, icma mərkəzləri var, onlar başqa dinlərə mənsub insanlarla eyni hüquqa malik vətəndaşdır, ölkənin həyatında aktiv iştirak edirlər. Onların arasında həkim, hüquqşünas, hərbçi, iş adamı, ticarətçi var. Səfirin sözlərinə görə, kitabı nəşr etdirməkdə məqsəd ABŞ-da müsəlmanların həyatı barədə daha çox məlumat verməkdir. Kitab Azərbaycanın məktəb və kitabxanalarına paylanacaq.
Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2007
|
Əziz müsəlmanlar, bildiyimiz kimi, Ramazan ayının 21-i İmam Əlinin (ə) şəhadət günüdür. Bu münasibətlə bugünkü xütbəmizdə Həzrəti Əlinin ölümcül yaralandıqdan sonra yataqda ikən buyurduğu vəsiyyəti Sizlərə təqdim edirik.
Ətraflı| Şərhlər: 0 | Дата: 4 Oktyabr, 2007
|
Azərbaycanda hicablı vətəndaşların iş yerlərinə və təhsil müəssisələrinə buraxılmaması məsələsi Milli Məclisin bazar ertəsi keçirilən iclasında millət vəkilləri arasında fikir ayrılığına səbəb olub. Bakıda Müəllimlər İnstitutunun başı hicablı tələbələri dərsə buraxılmayıblar, son günlər televiziyalarda dini verilişlər qadağan olunub.
Ətraflı| Şərhlər: 0 | Дата: 4 Oktyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|