Nyu-York şəhərindəki yüksək göydələn yaşıl rəngdə işıqlandırılacaq
Nyu-York şəhərindəki ''Empire State Building'' göydələni ilk dəfə Ramazan bayramı münasibəti ilə yaşıl işıqlarla işıqlandırılacaq. Bundan əvvəl göydələnin rəhbəliyi xristianların Yeni il və yəhudilərin Hanuka bayramında işıqlandırılırdı. 443 metr hündürlükdə olan bina ilk dəfə Ramazan münasibəti ilə işıqlandırılacaq.
Xatırladaq ki, 1930-cu ildə tikilən bina ilk dəfə 1932-ci ildə Ruzveltin prezident seçilməsindən sonra işıqlandırılıb.