İqdır sakinlərinə türk dilində nəşr olunmuş "İncil" və "İsa Məsih yolunda" CD diski paylayan 3 amerikalı turist polis tərəfindən saxlanıb. APA-nın məlumatına görə, araşdırma zamanı amerikalı turistlərin bundan əvvəl Van və Doğubəyazitdə də əhaliyə pulsuz "İncil" və CD-disk payladığı üzə çıxıb. İzahat alınandan sonra azadlığa buraxılan amerikalı turistlər ölkənin şərqində tarixi yerləri gəzmək niyyətində olduqlarını bildiriblər.