Həmin tələbələrin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, artıq iki gündür ki, institut rəhbərliyi onların dərsə buraxılmasına icazə verib. Tələbələrin sözlərinə görə, bu, Ombudsman Elmira Süleymanovaya ünvanladıqları şikayətdən sonra mümkün olub. İnstitutun humanitar fənlər fakultəsinin dekanı Əminət Haxova da APA-nın yerli bürosuna açıqlamasında məktəbdə təhsil alan hicablı tələbələrlə yaranmış problemin həll olunduğunu təsdiqləyib. O, hicablı qızların istəyinə uyğun olaraq artıq onların çarşabda dərsdə oturmaqlarına icazə verildiyini bildirib.
Qeyd edək ki, AMİ-nun Zaqatala filialında təhsil alan 8 hicablı qız bir neçə gün əvvəl, institut rəhbərliyi tərəfindən dərsdən uzaqlaşdırılmışdı.