POPULYARXƏBƏRLƏR

Azərbaycan paytaxtında "Gənclər sivilizasiyaların ittifaqı naminə" adlı beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda "Gənclər sivilizasiyaların ittifaqı naminə" adlı iki günlük beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, tədbir Heydər Əliyev Fondu və İslam Konfransı Təşkilatının Gənclər Forumu tərəfindən İSESCO, Avropa Şurası, BMT-nin İnkişaf Proqramı, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Konfransın əvvəlində sivilizasiyalararası dialoq təklifi ilə çıxış etmiş İspaniya və Türkiyə baş nazirlərinin təşəbbüsü haqqında film nümayiş etdirilib. Sonra Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Gəncləri böyük qüvvə adlandıran prezident məktubunda müasir dövrün reallıqlarının onlardan daha çevik iş aparmağı tələb etdiyini vurğulayıb. Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu isə bu ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanın təbrik məktubunu oxuyub.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin üzvü Mehriban Əliyeva çıxışında sivilizasiyalararası əməkdaşlığın çox faydalı və vaxtında irəli sürülmüş təşəbbüs olduğunu bildirib. Onun fikrincə, bəşəriyyət ya dinlər və mədəniyyətlərarası dialoqa gedəcək, ya da qeyri-dözümlülüyə, zülmə və gərginliyə sürüklənəcək: "Dünyanın üzləşdiyi terror, qlobal istiləşmə, AİDS kimi dəhşətli problemlər hansısa ölkənin təşəbbüsü ilə həll oluna bilməz. Bunun üçün ümumbəşəri əməkdaşlıq lazımdır". M. Əliyeva qlobal sivilizasiyalararası gənclər təşkilatının yaradılmasının çox vacib olduğunu söyləyib, gəncləri dözümsüzlük və ekstremizmə qarşı birləşməyə çağırıb.

Tədbirdə iştirak edən Qətərin birinci xanımı, Qətər Fondunun direktoru Şeyxa Moza bint Nasir əl-Misnəd üzünü gənclərə tutara "Biz sizə etimad etdiyimizdən də yaxşı səviyyədə işləməlisiniz" söyləyib: "Təəssüf ki, bizim nəsil etimadı itirib. Bizim qoyduğumuz miras faydasızdır. Etimadsızlıq olan yerdə isə dialoq olmur. Mən gəncləri dünya liderləri ilə birlikdə iş görərək, bir-birindən aralı olan dünyaları birləşdirməyə çağırıram".

Konfrans davam edir.



Yerləşdirilib:5 Noyabr, 2007  16:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com