POPULYARXƏBƏRLƏR

Beşikdən qəbrə kimi elm öyrənin

Əziz müsəlmanlar!
Bu günkü xütbəmizin mövzusu elm öyrənməyin fəziləti haqqındadır. Bildiyimiz kimi, insan ruhunu idarə edən əsas qüvvə ağıldır. İnsanı kamilləşdirərək yüksək mərtəbələrə apardığı, bəzən mələklərdən də şərəfli və üstün etdiyi üçün ağıl qüvvəsini alimlər mələklərə xas olan qüvvə (mələkuti) də adlandırmışlar. Ağıl qüvvəsinin fəzilət nöqtəsi hikmət və elmdir. Həzrətş Əli (ə) buyurur: "Elm insanın ağlını sübuta yetirər. Elmi olanın ağlı da olar. Elm ağlın çırağıdır" ("Ğurəru'l-hikəm" kitabından).

Təsadüfi deyil ki, Peyğmbərimizə nazil olmuş ilk ayə "Oxu!" sözü ilə başlamışdır (Ələq surəsi). Bundan sonrakı vəhy mərhələsində isə o həzrətə "Qələmə and olsun!" ayəsi (Qələm surəsi) endirilmişdir ki Allah-Təala bu yolla müsəlmanlara oxuyub-yazmağın əhəmmiyyətini başa salmışdır.

Quranın bir ayəsində elm və biliyin insana üstünlük gətirdiyi vurğulanır:

"Allah sizin aranızdan iman gətirənləri və elm-bilik kəsb edənləri yüksəldər" (Mücadələ surəsi).

Bu fikir aşağıdakı ayədə bir daha təsdiqlənir:

"De ki, məgər bilənlərlə (elmi olanlarla) bilməyənlər (elmi olmayanlar) bərabərdirmi?" (Zümər surəsi).

Sevimli Peyğəmbərimiz Həzrəti Muhəmməd (s.ə.s.) müsəlmanlara xitabən təkidlə buyururdu: "Beşikdən qəbrə kimi elm öyrənin".

Görəsən, dinimizdə elm və bilik əldə etmək nə üçün bu qədər vacib sayılır? Elmin insan üçün hansı faydaları vardır? Hədislərdən məlum olur ki, elm insanın həm dünya, həm də axirət səadətini təmin edir. İnsan özünü o zaman xoşbəxt hiss edir ki, can atdığı məqsədə yetsin. İnsan həyatının məqsədi isə Allahın əmrlərini layiqincə yerinə yetirmək və ona layiqli canişin olmaqdır. Lakin bunun üçün insana elm və bilik lazımdır. İnsan təbiətin, ətraf aləmin əsrarəngiz quruluşunu, varlıq dünyasının nizam-intizamını nə qədər çox müşahidə edib öyrənsə, Allahın varlığını daha aydın dərk edər. Onun elmi artdıqca daha qətiyyətlə inanar ki, kainat hamıdan qüdrətli, elmli, ehtiyacsız və vahid bir qüvvə tərəfindən yaradılıb və onun vasitəsilə idarə edilməkdədir. Bu yəqinliyi əldə etmək üçün hər bir elmi öyrənmək faydalıdır. Sağlam məntiqə və bəsirətə malik olan şəxs astronomiya, fizika, tibb, biologiya, kimya və s. elmlərin dərinliklərinə baş vurduqca, tövhidin yeni-yeni nişanələrini kəşf edib öz yəqinliyini möhkəmləndirmiş olar. Həzrət Muhəmməd Peyğəmbər (s.ə.s.) elə bu həqiqətə işarə edərək buyurmuşdur: "Hər kəs özünü tanısa, Rəbbini də tanıyar".

Bəzi şəxslər İslam dininin yalnız ilahiyyat elmlərinə müsbət münasibət bəslədiyini düşünürlər. Halbuki, dinimizdə həm ilahiyyat, həm də dünyəvi elmlər eyni əhəmiyyətə malikdir. Müsəlman şəxs həm sırf dini elmləri, həm də dünyəvi bilikləri əldə etməyə çalışmalıdır. Əlbəttə, bu zaman elə elmlərə üstünlük verilməlidir ki, onlara daha artıq ehtiyac olsun. Həzrəti Əlinin (ə) dili ilə desək, elmlərin vacibi odur ki, ona əməl etməyə (Allah qarşısında) cavabdeh olasan.

Əziz möminlər!

Bir məsələni yaddan çıxarmaq olmaz ki, yalnız insanlığın xeyrinə olan humanist elmləri öyrənmək lazımdır. Bədbəxtlik yaradan, əxlaqa və dinə zidd olan elmləri öyrənmək və onları həyata tətbiq etmək günahdır. Elm öyrənən şəxsin ən müqəddəs vəzifəsi öz biliyinə məsuliyyətlə yanaşması, onu xeyir və insanpərvər məqsədlərə sərf etməsidir. Əks halda, əldə olunmuş elm öz sahibinə həm dünya, həm də axirət cəzası gətirər. Müqəddəslərimiz buyurmuşlar: "Nə çoxdur elə alimlər ki, öz elmləri onların qətlinə səbəb olmuşdur!".

İmam Muhəmməd Baqirin bir hədisi deyilənləri təsdiqləyir: "Hər kəs alimlərin qarşısında qürrələnmək, səfeh adamlarla lazımsız mübahisələrə girişmək, yaxud şan-şöhrət qazanmaq naminə elm oxusa, yeri cəhənnəmdir" ("Üsul'i-Kafi" kitabından).

Müqəddəslərimiz elmi hər cür sərvətdən yüksək bilmişlər. Hədislərdə deyilir: "Elmdən daha faydalı xəzinə yoxdur". "Elm tükənməyən böyük bir xəzinədir". Peyğəmbər və imamlarımız elmi var-dövlətlə müqayisə etmiş və ona daha yüksək qiymət vermişlər. Çünki mal-dövlət oğurlana, yaxud itə bilər, halbuki, elm heç vaxt yox olmaz. Sərvət xərcləndikcə azalar, elm isə xərcləndikcə (yəni başqalarına öyrədildikcə) artar. Mal-dövlət başlı-başına buraxıla bilməz, mütləq qorunmalıdır. İnsan öz sərvətini hər cür oğrudan, soyğunçudan və təbii fəlakətdən gözləməlidir. Elm və biliyi isə təhlükədən qorumaq lazım deyil, o özü sahibini qoruyar. İnsan elm vasitəsilə dünyanın bütün təhlükəli qüvvələrindən – həm təbii fəlakətlərdən, həm də bəşəri fitnələrdən amanda qalar.

Hər birimizə bu cür elmlərə sahib olmağı arzulayır və məsləhət görürük.

Natiq RƏHİMOV ([email protected])

 



Yerləşdirilib:9 Noyabr, 2007  16:19, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com