Xəbər verdiyimiz kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tunisdən Liviyanın paytaxtı Tripoliyə gəlib.(İHA) Yüksək təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi Tripolidə Ərdoğan Şəhidlər Meydanına gəlib. Burada baş nazir Cümə namazında iştirak etdikdən sonra xalqın qarşısında çıxış edib.
Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələri asanlaşdırmaq üçün İran ərazisindən Biləsuvar-Bazarkənd əsas avtomobil yolu çəkiləcək. Bu barədə İranın nəqliyyat və şəhərsalma naziri Əli Nikzad bildirib.
Misirin keçid hökumətinin baş naziri İsam Şərif İsrail rejimi ilə keçmişdə imzalanmış sülh razılaşmasına yenidən baxılmasının mümkünlüyünü istisna etməyib, - “RİA Novosti” xəbər verir.
Deyerler.Org: Liviyaya qəfil ziyarət edən Fransa prezidenti Nikola Sarkozi və İngiltərə baş naziri David Kemeron Binqazi şəhərindəki “Təhrir” Meydanında toplanan kütlə qarşısında çıxış edib.(AA)
Tunisdə keçiriləcək parlament seçkiləri bütün dünyaya sübut edəcək ki, müsəlman ölkələrində demokratiya Qərbdən də daha çox parlaya bilər. Türkiyə baş naziri Rəcəb Tayyib Tunisdə çıxışı zamanı belə bildirib, - “RBK” xəbər verir.
Bu günlərdə bir sıra erməni KİV-i Azərbaycanın işğal edilmiş Xocalı rayonu ərazisində guya erməni işğalçı qüvvələri tərəfindən "Azərbaycanın pilotsuz təyyarəsinin vurulması" haqqında məlumat yaymışdı.